Adı Leyladır onun... deyirəm nə yaxşı bu qız anasına oxşamıyıb... çox təsirli əsərdi. Azərbaycan qadınının adına ləkə olan Yeganə... pozğun həyat tərzi seçməsinə baxmayaraq qeyrətli bir kişiyə ərə gedir. Əri Əkrəm müharibəyə gedir, və bu qadın öz meşşan həyatına davam edir.. Əkrəm müharibədən kor qayıdır.. sənəti aktrisa olan Yeganə həyatda da aktrisa rolunu oynayır. Obrazdan obraza girir. Və rahat həyat saydığı bu çirkin həyatına davam etmək üçün öz doğma balasını boğub öldürür, və buda sən demə onun öz balası deyilmiş bunun öz qızıyla illərdir övlad həsrətində olan bir ailənin oğul övladı dəyişik düşübmüş xəstəxanada.. və hər kəs ayılanda artıq iş işdən keçmişdi.. yeganə həbs olur və qızı Leyla gözəl bir ailədə tərbiyə alır... tale də onu Göydəniz adlı bir gənclə birləşdirir.. Əkrəm də ailə qurur və xoşbəxt olur... yeganə də öz layiqli cəzasına çatır