Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

180 syf.
10/10 puan verdi
Ümumiyyətlə, bioqrafiya oxumağı sevirəm, ancaq yazılmağa və ilham almağa dəyəcək insanların bioqrafiyasını. Nədən məhz indi Şopen haqqında yazma istəyi duydum? Bunun bir neçə səbəbi var, ancaq heç şübhəsiz, ən böyük səbəb bu günlərdə oxumağa başladığım Bethoven bioqrafiyası ilə də əlaqəli oldu. Şopeni tanımayan yəqin ki, yoxdur. Bəstələrini dərindən dinləmiş olmasaq belə, Şopen adı hər kəsə nəyisə andırır. Bəli, nəyi də bilməsək, "Təhminə və Zaur", "Ölsəm bağışla" filmlərindəki o gözəl bəstələr bu filmləri izləyən hər azərbaycalı üçün tanışdır. Həmin əsərin bəstəkarından gedir söhbət. Əminəm ki, artıq hamınız o əsəri xatırlamağa başlamısınız... Nocturne in C Sharp Minor… Şopen əslən polşalı olsa da, Fransada yaşayıb yaradıb. Həmin dövrün siyasi hadisələri (Polşa çar ordusu tərəfindən işğal olunduğu üçün Fransada olan bəstəkar Polşaya geri qayıda bilmir) zəmnində vətənindən ayrı yaşamaq məcburiyyətində olan dahi bəstəkar 1810.cu ildə Varşava yaxınlığında musiqiçi ailəsində dünyaya gəlmişdir. 5 yaşında artıq pianoda sadə əsərlər ifa eləməyi bacaran bəstəkara dövrünün məhşur musiqiçisi V. Jivniy dərs verməyə başlayır, ona klassiklərin əsərlərini çalmağı öyrədir. Uğurla Ali Musiqi məktəbini qurtaran Şopen artıq dövrünün istedadlı pianoçusu kimi tanınmağa da başlamışdı. Tələbəlik illərində bir çox fortopiano əsərlərini bəstələmişdir. 21 yaşında vətənindən əbədiyyən ayrılan Şopen bundan sonrakı əsərlərinin ruhuna vətən həsrəti, ayrılıq, doğma torpağın taleyi kimi kədərli melodiyaları bütün səmimiyyətiylə hopdura bilmişdir. Nəzərə alsaq ki, Şopen adı tarixdə ən çox öyrənilən, araşdırılan 100 dahi şəxsiyyətdən biridir, onda onun bioqrafiyası haqda kifayət qədər məlumat ala biləcəyimiz mənbə var deyə düşünürəm. Bu səbəbdən də Şopenin həyatının ən vacib məqamlarından birinin üzərində durmağı istəyirəm. Bəstəkar həyatında bir neçə dəfə sevib, hər birində böyük xəyal qırıqlığı yaşayıb. Ancaq ən dərin sevgini özünü tapdığı Corc Sandla yaşamışdır. Qeyd etdim ki, dahi bəstəkar 21 yaşında vətənini tərk edib Fransaya gəlir. Burada konsertlər verməyə başlayır, elə ilk konsertlərdən öz qeyri adi istedadı ilə fransız sənətsevərlərinin qəlbini fəth eləməyi bacarır. Çox keçmir ki, Şopen burda taleyində mühüm rol oynayan və böyük məhəbbətlə sevəcəyi qadınla qarşılaşır. Corc Sand adı da yəqin ki, ədəbiyyatsevərlərin böyük əksəriyyətinə tanışdır. Məhşur bəstəkar Şopen və yazıçı Jorj Sand (əsl adı Avrora Düdevan) kübar ziyafətlərinin birində tanış olmuşdular. Jorj Sand cəmiyyətin dəyərlərilə hesablaşmır, kişi kimi geyinir, kişi kimi davranır, danışır, hətta əsərlərini də kişi təxəllüsü ilə yazırdı. Şopenlə Sand tanış olduqları zaman Şopen nişanlısı Mariyadan yenicə ayrılmış, hələ də əzab çəkirdi. Həm bu səbəbdən, həm də kişi görünüşlü Jorj Sand təbii ki, bir qadın olaraq zərif ruhlu Şopenin diqqətini heç cür çəkə bilməzdi. Lakin Şopen Sandın diqqətini çəkmişdi. Bu səbəbdən də Şopenlə yaxın münasibət qurmağa çalışır, çətin zamanlarında, xəstə olduğu vaxtlarda Şopeni yalnız buraxmır, onun daima qayğısına qalır. Sandı yaxından tanıdıqca Şopen də Sanda aşiq olur. Qısa müddət sonra, aralarında böyük sevgi başlayır. 3 uşaq anası və özündən 6 yaş böyük olan Sand Şopenin həyatında olduqca mühüm rol oynamış və ona həm ana qayğısı ilə yanaşmış, həm çox yaxın dostu, sirdaşı olmuş, həm dərin sevgini yaşatmışdır. Ancaq təəssüf ki, Sandın oğlu Şopeni heç vaxt sevmir, onun xəstəliyini (vərəm) hər zaman üzünə vurur, hətta bəstəkara nifrət bəsləyirdi. Buna baxmayaraq, Şopen Sandla xoşbəxt idi və özünün ən gözəl bəstələrini məhz Sandla bərabər olduğu dövrlərdə bəstələmişdir. Həmin əsərlər bunlardır: 1. Vals do diyez minor (or. 64 N 2) 2.Mazurka lya minor (or. 68 N 2) 3. Noktürnlər: mi bemol major (or. 9 N 2), fa minor (or. 15 N 1), do diyez minor 4. Polonez lya bemol major (or. 53) 5. 7 və 20 N-li prelüdlər 6. 2 N-li sonata: üçüncü hissə ("Matəm marşı") 7. 3, 12və24N-lietüdlə Lakin bu xoşbəxtlik də Şopenə çox görülür, uzun bərabərlikdən sonra Şopen və Sand ayrılırlar. Onların ayrılması ilə bağlı müxtəlif səbəblər söylənilir, hər kəs öz şərhini verməyə çalşır. Bu ayrılıq Şopeni nə qədər sarsıtsa da, o daha səylə çalışır, konsertlər verir, sənəti üçün yaşamağa çalışır. 1848.ci il Şopen Londonda möhtəşəm konsert verir və adını bütün dünyaya tanıtdırır. Bu xəbər təbii ki, Fransaya Sandın qulağına da çatır. Konsertdən sonra Fransaya qayıdan Şopen Sandla qarşılaşır. Sand Şopenə yenidən əlini uzadır, bununla o, barışmaq istəyini dilə gətirir. Lakin qüruru qırılan Şopen nə qədər əzab çəksə də, onun əlini tuta bilmir. Bununla da onların münasibətləri tamamilə bitir. Cəmi 39 il (1 mart 1810 - 17 oktyabr 1849) ömür sürən bəstəkar qısa ömrünün hər anını musiqi ilə yaşamış, bütün dərdlərini, ağrılarını əsərlərində dilə gətirmişdir. Sənətçinin nəşi öz istəyi üzərinə Motsartın Rekviyeminin sədaları altında Parisdə Pere – Lachaise məzarlığında basdırılmış, qəlbi isə Varşavaya aparılaraq orada Müqəddəs Xaç kilsəsində saxlanılır. Qeyd eləyim ki, Şopen uzun sürən vərəm xəstəliyindən əziyyət çəkirdi və ölümünə də səbəb məhz bu xəstəlik olmuşdur. 1991.ci ildə çəkilmiş İmpromptu (hərfi tərcüməsi bədahətən, çox güman ki burda fitri istedad mənasında işlədilib) filmi Şopen və J. Sandın sevgisindən bəhs eləyir. Filmdə Şopen rolunu Qızıl kürə və BAFTA mükafatları lauriatı Hug Qrant, Jorj Sand obrazını isə Cudi Devis canlandırmışdır. Mənimçün fərqli və maraqlı bir yolculuq idi, bu. Şopeni yaxından tanımaq həqiqətən çox xoş idi.. Bir də oxuduqca anladım ki, sənətkarı yetişdirən, yüksəldən yaşadığı ağrılarıdır. Yaşadığı və onu sındıra, məhv eləyə bilməyən ağrıları. Bəziləri bu ağrıları sözlərlə, bəziləri çəkdiyi rəsmlərlə, bəziləri bəstələdiyi musiqilərlə dilə gətirir. Ancaq bütün sənətkarların ortaq nöqtsi, hətta deyərdim ki, ilham mənbəyi həyatda yaşadıqları mənəvi ağrılardır. Şopen də ağrılarından doğdu. Yaşadığı hər sarsıntıda fiziki olaraq zəifləsə də, mənəvi olaraq gücləndi, bütün kədərini, həsrətini, xəyal qırıqlıqlarını bəstələrində yaşadı, yaşatdı. Hər şeyə rəğmən həyatı sevdi… Mənimçün dahiliyin zirvəsində duran sənətkarlardan biridir Şopen. Onu yaxından tanımağı hamınıza məsləhət görürəm…
Chopin
ChopinVahdet Gültekin · Kastaş Yayınları · 200119 okunma
··
1 artı 1'leme
·
75 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.