Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

232 syf.
5/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Kitab nə haqqındadır? Kitab sağlamlıq, sağlam bəslənmə, qida kaloriləri, fiziki aktivlik, həyat tərzində balans, doğru bilinən səhvlər haqqındadır. Kitabdan qazandıqlarım nələrdir? Kitabı 5 gün bundan əvvəl bitirmişəm. Lakin bitirdikdən sonra dərhal bu haqda düşüncələrimi paylaşmaq istəmədim. Onun yerinə yemək rutinim və fiziki aktivliyimlə əlaqədar özüm üçün yeni bir sistem yaratdım. Və artıq 5 gündür ki, hər axşam o gün nələr yedim, nə qədər idmanla məşğul oldum deyə hesabat tuturam. İnanılmaz təsiri var. Artıq bekarçılıqdan yeməyi və sevimli çubuqlarımı almayıb yerinə meyvələri tükətməyimin təsirini o dəqiqə hiss edirəm. Sanki canlanıram və daha çox enerjiyə sahib oluram. Gördüyünüz kimi dostlar, əgər mən sağlam həyat tərzinə keçid etməklə orqanizmimə vurduğum ziyanları düzəltmək qərarına gəlməsə idim, bu kitabı da bədii ədəbiyyat kimi oxuyub, əlavə informasiyalarla beynimi dolduracaqdım. Və heç bir təsirini də görməyəcəkdim. Fəqət, kitaba başlamazdan əvvəl bir məqsədim vardı, başladım və sonra da mənə uyğun bəzi notlarla məqsədimi reallaşdırmaq üçün dərhal dəyişiklərə başladım. Təbii ki, bu mövzuda araşdırmalar davam edəcək. Əsla bir mənbə ilə kifayətlənməyin, araşdırmağa və oxumağa davam edin. Sadəcə xatırlamaq lazımdır ki, səbəb olmadıqda başlamağın da bir mənası qalmır. Davamiyyəti qoruyub, məqsədə çatdıran başlama səbəbimizdir. Kitabı kimlər niyə oxumalıdır? Sağlamlığı prioritet olaraq müəyyənləşdirib, sağlam həyat tərzinə keçid etmək istəyən, lazımlı-lazımsız qida məhsulları ilə orqanizminə ziyan vuran və bunu dəyişdirmək istəyən, həm sağlam həm də peşəkar həyatda müvəffəqiyyətli olmaq istəyənlər üçündür.
Fəxri Yol
Fəxri YolFəxri Ağayev · Red N Line · 20161 okunma
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.