Gönderi

496 syf.
10/10 puan verdi
·
Read in 17 days
Bir çox insan düşünür ki, bir kitabı ikinci dəfə oxumaq vaxt itkisidir. Ondansa başqa kitab oxuyaram. Ancaq mən deyərdim ki, bir kitabı oxuyub bitirdikdəndən sonra təsirindən çıxa bilmirsənsə, ruhunda doyumsuzluqla doymuşluğun vəhdətini eyni anda yaşa bilirsənsə, hər oxuduğunda ilk dəfə oxuyursanmış kimi təsirlənirsənsə, hər oxuyanda yenidən kəşf eləyirsənsə, o kitabı təkrar oxumağa dəyər. Məsələn, "Ovod"u neçə dəfə oxuduğumuğun sayını unutmuşam. "Başucumda müzik", "Səfillər", Herman Hessenin "Knulp", "Yalquzaq", Dostoyevski "Alçaldılmış və təhqir olunmuş insanlar" və adını çəkə bilmədiyim bir çox başqa əsərləri dəfələrlə vərəqləmişəm, bundan hər dəfəsində necə böyük zövq almışam!.. Əksinə, bir kitab bitdikdən sonra ona yenidən qayıtmaq istəyi doğurmursa insanda, məncə, ya anlaşılmayıb, ya da kifayət qədər sevilməyib. Təsirlənərək oxuduğum bütün əsərləri yenidən oxumasam da, mütləq vərəqləyirəm və hər dəfə vərəqlədiyim, hər dəfə oxuduğum zaman yaşadığım duyğuların təzəliyinə təəccüblənirəm. Sanki ilk dəfə oxuyurmuşam kimi... Həm də mütaliədə məqsədim daha çox kitab oxumaq deyil, olmamalıdır, daha yaxşı qavramaq, duymaq, yaşamaq və ən çox o hisləri ətrafıma yansıtmaqdır. Mənə görə doğru yol, doğru mütaliə budur... Oxumaqdan doymadığım və qısa müddət bundan əvvəl oxumağıma rəğmən, təsirindən hələ də çıxmadığım və yenidən oxumağa başladığım növbəti əsər Stefan Sveyqin "Dünənin dünyası" əsəridir. Sveyq mənim həm sənətinə, həm şəxsiyyətinə eyni zamanda pərəstiş elədiyim möhtəşəm insanlardan biridir. İlk dəfə oxuduğum zaman necə heyrət eləmişdimsə, necə sevmişdimsə əsəri, qarşımda açdığı həqiqətlərə necə heyranlıqla tamaşa eləmişdimsə, indi də eyni dərəcədə heyrətamiz oldu bu dəfəki səyahətim də. Sadəcə bioqrafiya kitabları kateqoriyasına daxil edilməyəcək qədər dərin və hərtərəfli bir əsərdir. Sveyq öz həyatıyla yanaşı ədəbiyyata doğru gedən yolda qarşısına çıxan və ona ideal olan, özünün də deyimiylə yolgöstərən, müəllim olan insanların da həyatını işıqlandırıb. Dövrün təhsil tərbiyə sistemi, yetişən nəsilin mənəvi əxlaqi tərbiyəsi, tərbiyə aldıqları mühit aydınlığı ilə işıqlandırıb. Hər şeydən əvvəl müharibəni bütün çılpaqlığı ilə təsvir eləyib. İki böyük dünya müharibəsi görmüş və bütün çətinliklərə baxmayaraq, hər zaman sülhpərəst mövqeyini qoruyan, sadəcə qorumaqla qalmayıb, var gücünü sülhün bərqərar olması üçün sərf eləyən, özü kimi sülhpərəst insanlarla eyni cəbhədə mübarizə aparan biri olaraq bunları Sveyqdən obyektiv kim yaza, kim təsvir eləyə bilərdi ki?!.. Remark mənim müharibəyə birtərəfli münasibətimi nə qədər dəyişdirdisə və gözümü açdısa, Sveyq mənim bu mövqeyimi bir o qədər gücləndirdi. Sveyqi ensiklopedik şəxsiyyət adlandırsam yeridir. Tarix, musiqi, ədəbiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, psixologiya... Nə istəsəniz var bu əsərdə. Bu qədər məlumatlarla zəngin olmasına baxmayaraq, bir o qədər də axıcı, oxunaqlıdır. Yəqin ki, bu həm Sveyqin dilinin zənginliyi, gözəlliyi, yazıçı olaraq ustalığı ilə olduğu qədər tərcümə ilə də əlaqədardır. Hər kəsin zövqünü oxşayacaq, ruhundakı boşluğu dolduracaq qədər zəngin bir əsərdir! Oxuduqca əsərdən aldığım zövq sözlərlə ifadə oluna bilməyəcək qədər ölçüsüzdür. Bu əsəri oxumaqla nə qazanacağıq deyə düşünürsünüzsə, ən başda Sveyqi yaxından tanıma şansı qazanmış olacaqsınız. Daha sonra tarix, ədəbiyyat, incəsənət, siyasətə dair bir çox insanın tanınmış şəxlərin həyatını, gerçək simasını Sveyqin obyektiv təhlilində oxuyacaqsınız. Məncə, özünüzü bu zövqdən məhrum etməyin!..
Dünün Dünyası
Dünün DünyasıStefan Zweig · Can Yayınları · 20192,134 okunma
··
789 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.