Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

144 syf.
·
Puan vermedi
“ siçanlar və insanların xəyalları heç vaxt gerçəkləşməz “ dedi ingilis şairi Robert Burns hələ 1759-cu ildə yazdığı “ To a mouse “ şeiri ilə . Ən duyğusal şeylərin əksəriyyətinin şeirlər vasitəsilə kankret bir vücuda yiyələndiyini düşünmüşəm hər zaman . Bu şeir və kitab bir daha sübut oldu mənim üçün. Bu şeirdən ilhamlanan Steinbeck , şeirdə işlənən xəyallar mövzusunu bir az gerçəkçi motivlər qataraq genişləndirərək , bu kitabı yazdı . Kitabın adı isə şeirin sonundakı “ of mice and men “ hissəsindən götürüldü . Beləcə , xəyal dediyimiz şey kitabın əsasını təşkil edərkən , personajları daha içdən tanımağımız üçün də bir pəncərə açır . Xəyalların birləşdirdiyi , amma , həyatın ayırdığı insanların hekayəsidir bu kitab. Və istər yaxşı , istər pis şəkildə tanıyaraq , yaşadıqlarından dərs çıxarmalı olduğumuz obrazlarla zəngindir . Məsələn , Lennie obrazı o qədər saf obrazdır ki , yazıçının yaratmış olduğu o sərt dönəmin tam bir paradoksudur . Lennie’nin xəyalları kitabın ən canalıcı nöqtəsidir . Hətta sonlara doğru yazıçıya nifrət etməyə başladım və finalı ilə sarsıldım. Steinbeck’in “ dramyüklü “ bir yazıçı olduğunu bilsəm belə , kitabın bu qədər dram dolu olacağını təxmin etməzdim.Bundan əvvəlki postda yazıçı haqqında danışarkən , qələminin öz həyatından başlanğıc götürdüyünü demişdim. Bu qədər təsiredici olmasının səbəbi də bəlkə də həqiqətən yaşadığı o sərt günlərdə özünün də bu cür xəyalları ilə ayaqda durmağı bacarması və xəyalları ilə müqayisədə , yaşadığı dünyanın tələb etdiyi sərt və vicdansız xarakter qarşısında çox saf və gülünc görünməsidir . Kitab Lennie və George adlı 2 dostun öz məqsədləri və xəyalları uğruna olan həyat mübarizəsini təsvir edir . Lennie əqli çatışmazlığı olan bir obrazdır və George ilə olan dostluğu , George’un Lennie’ə dözə bilməsə də , yenə də ona olan bağlılığı və Lennie’nin xəyalları kitaba başqa bir hava qatıb .Yaşadıqları çətinliklərə baxmayaraq bir-birlərinə güvənmələri , George’un Lennie’nin başına nəsə gələr deyə onu hər an qorumağa çalışması ...o qədər gözəl təsvirlərə sahib olan səhnələr var ki . Səhnə deyirəm çünki bitməsini istəmədiyim bir filmi izləyirmişcəsinə oxudum kitabı. 10/10 🤩
Siçanlar və Adamlar
Siçanlar və AdamlarJohn Steinbeck · Qanun Neşriyat · 2016172,7bin okunma
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.