Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

264 syf.
9/10 puan verdi
ALJİR. Bu ad sizə nəsə deyirmi? Əminəm, oxuyanda çoxunuzun ağlına hansısa dövlət və ya şəhər adı gələcək, məsələn, Əlcəzair kimi. Əvvəldən qeyd edim, adın açıqlaması ilə bağlı yanılmayaq. ALJİR – rusca “Акмолинский лагерь жён изменников Родины” (1938–1953) (“Vətən xainlərinin həyat yoldaşlarının saxlanıldığı Akmol düşərgəsi”) başlığının abreviaturasıdır. 1937-ci ilin 15 avqustundan SSRİ “NKVD”sinin verdiyi 00486№-li əmrdən sonra Qazaxıstanın qumlu və qarlı-şaxtalı səhralarına 1938-ci ilə qədər nə az, nə çox bütün Sovetlər Birliyindən 20 min qadın həbs edilərək, min bir işgəncə və əzaba məruz qalmaqla sürgün olundu. Günahları isə təkcə o idi ki, guya, “vətən xainləri” adı almış məşhur dövlət və partiya, ictimai xadimlərin arvadları, bacıları və ya qızları idilər. Onlar Vətənə qarşı etdiyi “cinayətlərdə” birgəlik nümayış etdirmişdilər. Gətirilən qadınların içərisində azərbaycanlılar da az deyildi. Əldə olan sənədlərə görə, Azərbaycandan olan qadınların sayı 44 göstərilir. Ülviyyə Tahirin tarixi-bioqrafik, SSRİ-nin stalinizm dövrünün siyasətinə aid “ALJİR” romanı məhz həmin düşərgəyə aparan hadisələr və düşərgə həyatına həsr olunub, sürgün taleyi yaşamış azərbaycanlı xanımların məşəqqətlərini, acılarını təsvir edir. Yazının davamı: ceylanmumoglu.com/article/ulviyye...
Aljir
AljirÜlviyyə Tahir · Parlaq İmzalar · 2019190 okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.