Gönderi

275 syf.
8/10 puan verdi
·
10 günde okudu
Knut Hamsun - Nağıllar diyarında Əsər, Knut Hamsunun 1989.cu ildə Norveç Yazıçılar İttifaqından aldığı 1200 kron təqaüd hesabına həyat yoldaşı ilə bərabər çıxdığı Qafqaz səfərindən bəhs eləyir. Səfər zamanı yazıçı Osmanlı İmperiyası, Rusiya, Azərbaycanı və ümumilikdə Qafqazı ziyarət edib. Rusiyadan keçərək, Qafqazda yerləşən qədim şəhərlər, Tiflis, Batumi, Bakı və digər əraziləri ziyarət edən yazıçı, səfər zamanı yaşadığı təəssüratları barədə "Nağıllar diyarında" adı verdiyi və 1903.cü ildə nəşr elətdirdiyi əsərində yazıb. K.Hamsun burada yaşayan xalqların, tayfaların həyatına sirayət edərək, onların yaşayışı, geyimi, həyat tərzi, dini inancları haqda həm əvvəldən oxuduqlarına əsasən bildiklərini və həmçinin də, real müşahidələrini qələmə almışdır. O, burada yaşayan millətlərin xarakterik xüsusiyyətlərini həm ayrı - ayrı, həm də ümumilikdə Qafqaz xalqları adı altında xarakterizə edir. Müsbət və mənfi tərəflərini göstərir. K.Hamsunun erməniləri xarakterizə etməsi də olduqca maraqlıdır. Belə ki, o yazır: "Ermənilər burada istisna təşkil edir; onlar müştərilərə öz silahlarını təklif edir, başqa yerlərdə olduğu kimi burada da ucadan danışaraq onları tovlayırlar. Şərqdə bizə dedilər ki, yəhudi on yunanı aldada bilər, erməni isə həm yunanları, həm də yəhudiləri aldadır. ... Üstəlik, onlar xristiandırlar və yəqin ki, müsəlmanlara nisbətən daha çərənçidirlər. Amma harda ki, iqtisadi hökmranlığa nail olurlar, bəzən özlərini elə qudurğan aparırlar ki, hətta zavallı müsəlmanların salamını belə almırlar. Əlbəttə, müsəlman öz növbəsində bundan incimək barədə düşünmür, çünki heç bir şey onun təmkinini poza bilməz". Kunut Hamsun, həmçinin, Kür çayını tərənnüm edərək yazır: "Ağstafada mən başqa bir ifrat üsula əl ataraq su içdim. Kür çayından. Bu əməlli - başlı dəlilik idi (qızdırmalı olduğu üçün belə yazır). Çünki Kürdən bircə dəfə doyunca su içən kəs bütün ömrü boyu Qafqazın həsrətini çəkəcək..." Yazıçının həmin dövrün Bakısı haqqında yazdıqları da olduqca maraqlıdır, hərçənd ki, çox da xoş təəssüratlar deyil. Bakını kəskin neft qoxusu verən, hər tərəfi toz basmış qaramat bir şəhər kimi təsvir edir. Neft mədənlərində olması, Nobellə görüşü də maraqlı təsvir olunub. Qafqazı nağıllar diyarı adlandıran yazıçı yaşadığı çətinliklərə, hətta burada olduğu müddətdə mübtəla olduğu Qafqaz qızdırmasına rəğmən, buradan xoş təəssüratlarla ayrılır və sonda qeyd edir: "Sabah biz yenidən Bakıya gedəcək, oradan isə Şərqə yola düşəcəyik. Görünür, tezliklə buraları tərk edəcəyik. Ancaq mən bu yerlər üçün həmişə darıxcağam, çünki Kür çayının suyundan içmişəm".
Nağıllar Diyarında
Nağıllar DiyarındaKnut Hamsun · Qanun Neşriyyat · 011 okunma
·
38 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.