Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

283 syf.
·
Puan vermedi
·
10 günde okudu
“Başqası cəhənnəmdir”,-deyib Jan Pol Sartr o zaman... Cəhənnəm olan başqalarıdır ya insan o cəhənnəmi öz içindəmi yaşayır? Ya da Sartr “Başqası cəhənnəmdir”- dedikdə çoxluq içində yaşanan tənhalığımı nəzərdə tuturdu ? “Hepsi (apayrı düşünceleri benimsemiş olan hepsi, 'Bizler') bir adaya toplanmışlardı, böyle düşünülebilirdi. Adaya kapatılmışlardı. Bu adada birbirlerini tüketiyorlardı. Tek eylemleri birbirlerini tüketmekti. Ada, denizin ortasında, fırtınaya kapılmış bir şamandıra gibiydi.” Sadəcə bu abzas ilə insan münasibətlərinə baxmaq üçün bir pəncərə açır Selim İleri. İnsan münasibətlərinin xülasəsi,kiçik şərhidir. Cəmiyyətlə, inanlarla, özləri ilə ziddiyətləri, konfiliktləri olan insanlar bir-birlərinin cəhənnəminə dönüblər. Özlərindən, hisslərinindən, daxili sorğu sualdan qaçmaqdı niyyətləri. Ancaq bu dəfə də, qaçdıqca başqasının odunda yanırlar...tükətirlər ömürlərini... Romanda Cem, Tarık və Murat'ın Bodruma gəlir, Haydar, Betigül, Kerem'le tanış olur və onlara Ahmet, Katharine, Emine qoşulur. Bu xətt üzrə bütün münasibətlərin qopuqluğu açıqca göstərilir. Selim İleri romanı nəql etməsində bəzi üsullar özünü göstərir. Bunlara diqqət yetirək; • Zamanda sıçrayışlar – Yazıçı obrazların hissləri arasında hansısa səbəb nəticə əlaqəsi qurmur. Keçmişə dönüşlər edərək indiki zamana proyeksiya salır. Buna Emine'nin timsalında nümunə göstərək; Uşaqlığını xatırlayır.. “Çık, arkadaşlarınla oyna,» denirdi Emine'ye. Dışarda ip atlardı kızlar, oğlanlar kayalık tepelere tırmanırlardı çam iğnelerinden ayakları kayarak. Gözetlerdi onları; «Bizi sevmiyorlar,» derdi taşbebeğine. Odada nasıl uyuyakaldığını, bütün köşk halkının onu aramak için nasıl kıyılara koştuğunu (canına kıyacağını sanmışlardı herhalde; demek acı çektiğini biliyorlardı) pek anımsamıyor. Dayak yemişti tabiî.” Uşaqlıqdan etibarən onu izləyən tənhalığı Emine yaşa dolduqca da yaxasını buraxmamış, kölgə kimi onu izləmişdir. Bu səbəbdərdir, Emine'nin sevgiyə, diqqətə ac olmağı və bu qədər qırılğan olmağı. Emine getdiyi hər yerə öz uşaqlığından bir parça aparır... • Göstərmə üsulu – Yazıçı obrazları, hadisələri olduğu kimi bizə təqdim edir. Biz yazıçını əsərlə oxucu arasında görmürük. Eyni zamanda, səbəblər, nəticələr qəlibə salınmır. Təsvirlə təhkiyə bütövləşir. • Daxili monoloq – Selim İleri bu romanında dialoqlardan daha çox monoloqlara yer verib. Daxili monoloqa, daxili nitqə... Hətta daha da irəli gedərək bəzən obrazları bu daxili nitq vasitəsi ilə danışdırıb. Bunu Emine və Cem'in nitqində görə bilirik. “Buraya niye gelmişlerdi? Sordu kendi kendine Cem: 'Buraya ve Bodrum'a?' Bilmeyerek, duymayarak yanıtladı sessizce Emine Cem'i: 'Ört-bas etmek için hissettiklerimizi..” Yazıçı bu daxili nitq vasitəsilə ünsiyyətdə, münasibətlərdə qopuqluq yaşayan bir qrup insanın iç dünyasını göstərir bizə. Çünki, danışmaqdan boyun qaçırır və nə zaman danışırlarsa bir-birlərinin hisslərini görməzlikdən gəlməkdən çəkinmirlər. • “The stream of consciousness technique” (Bilinç akışı tekniği) - Məlum olduğu kimi, S.Freyd insan psixologiyasının quruluşu üzərində işləyirdi. Freyd şüur, şüuraltı anlayışlarını meydana çıxarır. Şüursuzluq əvvəlcə şüuraltını, şüuraltı da öz növbəsində şüuru formalaşdırır. Bunu üçün də istəklərin, xatirələrin yer aldığı şüuraltı avtobioqrafik yaddaş rolunu da oynamaqdadır. Bu üsul da psixologiya ilə bağlıdır. Beləki, bu üsulda hadisələr birinci şəxsin dilindən, olduğu kimi də verilir. Hisslərinin məhsulu olduğu və içə dönük olduğundan düzənsiz (qrammatik qaydalara tabe olmadan) olur. Bunun bir nümunəsi Oğuz Atay'ın “Tutunamayanlar” romanıdır ki, əsərdə bu üsula tez-tez rast gəlirik. Əsərə dönsək; • Müxtəlif anlarda, demək olar ki, hər obrazın nitqində buna rast gəlirik. Ancaq bu üsulu daha çox Cem'in nitqində görmək mümkündür. Çünki ətrafdakılar tərəfindən susqun, ölgün olaraq bilinən Cem ünsiyyətdən uzaqdır. İçində fırtılarar qopur, bəzən üsyan etmək, hayqırmaq istəsə də, üzündə yel əsmir. Bu səbəndən də onun nitqində bu üsulu görə bilirik. “Manastırda, belki bir kilise eskisi, durulmaz, başkaları, yani onlar, arkadaş bile olmak istemeyenler istememişlerdir durmayı ve Bafa gölünde inmiştik, Selçuk'ta da inmiştik geçerken o korkunç, adsız sansız kaleyi..” Cem - Cəmiyyətdəki ziddiyyətlərə, uçurumlara onun nəzəri ilə diqqət yetiririk. Cem cəmiyyətə, cəmiyyətin normalarına uyğunlaşa bilməyən biridir və özündə bunun səbəblərini axtarır. “Hayır, sonsuz uyumu bulamayacaktı. îç içeydi her şey. Bir gemicinin seyir defteri değildi yaşam. Karmakarışık yollara girip çıkıyordu insan. En önemlisi sonsuz, olanaksız bir iç çatışmayla boğuşuyordu..” Ahəng arzusunda olan Cem'in nitqinə diqqət yetirsək görərik ki, itirdikləri var, itirmək istəmir, bu məhrumiyyətləri unutduğunu düşünür. Ancaq öc almaq hissi ilə yaşayır. Ancaq unudur ki, öc almaq hissi uyğunlaşmağa da əngəldir. “Bunları düşündükçe şaşırıyordu. Bütün yaşamı boyunca karşılıksız sevmişti insanları. Çıkara, ikiyüzlülüğe dayanmayan ilişkilerdi. Düşsel bir yanları vardı. Böyle bir ilişki ancak küçük çocuklar için söz konusu edilebilirdi.” Öncə onu qeyd etmək istəyərdim ki, Selim İleri’nin obrazları bizə təqdim etməsi fərqlidir. Beləki, biz obraz haqqında məlumatı şərh üsulu ya təsvir şəklində almırıq. Hansısa hədisədə aydın olur obraz bizə. Ən əsası isə Selim İleri obrazları elə yaradıb ki, heç biri haqqında tam qənaətə gələ bilmirik. Bir obrazı hansısa fikrinə görə tənqid edərkən, digər cümlədə ona qatılır, onu dəstəkləyirik. Bu ən çox Cem'lə tanışlığımızda olur. Beləki, Cem insanları qarşılıq gözləmədən sevdiyinə inanır. Biz də öncə buna inanırıq. Həyatda sadəcə saf sevgi, dostluq axtarışında olduğunu düşünürük. Daha sonra içindəki öc hissi ilə tanış oluruq. O istəyir ki, “sevgi”lər qarşılıqsız olsun. Ancaq yenə unudur ki, sadəcə analar qarşılıqsız sevə bilər. Mənim fikrimcə, “Böyle bir ilişki ancak küçük çocuklar için söz konusu edilebilirdi.”- cümləsi də buna işarədir. Qarşılıqsız sevən Cem Emine'nin hərəkətlərini anlaya bilmir. Onun niyə bu qədər tez özünü sevginin ağuşuna buraxdığını anlamır... “Yaşam bir aşk değildi, birçok aşk değildi. İnsan kendisini aşkın etkilerinden kurtarabilmeliydi. Yoksa (aşkın) ardına takılıp koşuşturuyor, o gerçeklikten kopuk, çok uzak bir dünyanın insanı oluyordu.” – bu cümlədən də aydın olur ki, sevginin dəyişdirici gücündən uzaq idi, əslində... 27 yaşı var idi. Özünün də dediyi kimi, “Ordan oraya savrulmuş, ama gerçek anlamında kişiliğini belirleyememişti.” Həyatən müəyyən dövrlərində bəzi fikirləri müdafiə etmiş, zaman ötdükcə bu düşüncələr də dəyişmişdi. Hər dəfə xatırladıqca da, əvvəl etdiklərinə məna yükləyə bilmir. Murat – Müəyyən təcrübələrdən sonra sevgidən soyumuş biridir Murat. “Sevgisii bile hasta.. Hasta değilim ben, inanıyorum, söyledikleri yalan onun, onu sevmiyorum.' Muratın uzaqlaşmaq istədiyi, bu dərəcə qorxduğu Cem'in sevgisi idi. Hansıki Murat bunu “xəstəlik” adlandırırdı. Münasibət çox zəhmət tələb edən bir prosesdir. Hər iki tərəfin əmək xərcləməli olduğu bir proses. Murat Cem'in dəyişdiyini düşünürdü. Əslində, Cem'də heç bir dəyişiklik yox idi. Muradın öz düşüncə və hisslərində idi bu dəyişikliklər, ziddiyətlər.. “Beni sevmemiş olabilirsin, dedi Cem, istersen arkadaşlık da etmeyiz.. Ne kazanacaksın bununla?” Haqlı idi Cem.. Çünki ətrafdakılarda axtardığı problem əsas özündə idi,, və sevgisizliklə, həqiqətən, heç nə qazana bilməyəcəkdi. “Palmiyelerin etli yaprakları toz içinde, yağmur yağmayacak, yağmursuzluktan giderek toza gömülecek bütün palmiyeler. Her şey kirlenecek. İnsanların ilişkileri gibi tıpkı.” Hər kəs özünü cəmiyyətin qəliblərinə uygunlaşdırmağa çalışdıqca, yaradıcı yox yıxıcı olduqca, ünsiyyətdən, sevgidən qaçdıqca, empatiya anlayışından uzaqlaşdıqca kirlənəcəkdi insan münasibətləri.
Her Gece Bodrum
Her Gece BodrumSelim İleri · Altın Kitaplar · 1981394 okunma
·
169 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.