Gönderi

252 syf.
9/10 puan verdi
Məmməd Altunbay (Məmmədov) - Sovet təyyarəsini Türkiyəyə qaçıraraq kommunizm rejimindən qurtulan azərbaycanlı 1911-ci ildə Gəncədə doğulan məşhur qaçaq İbrahimin oğlu, 1920-ci ildə atası, sonrakı illərdə digər yaxın qohumları ermənilər və Sovet hakimiyyəti tərəfindən məhv edilən "arzuolunmaz" nəslin nümayəndəsi, 1939-cu ildə Sovet rejiminə qarşı gizli fəaliyyətə başlayan təşkilatın yaradıcılarından olan dissident,1942-ci ildə Bakıda kommunistlərin elan etdiyi "vətən xaini", Tehranda fars rejiminin dustağı, Bağdadda ingilis həbsxanasında edamlıq məhkum və nəhayət Ankarada Azərbaycan-İran-İraq-Türkiyə kimi ölüm-dirim marşrutunu adlayaraq qardaş ölkəyə pənah aparmış mühacir Məmməd Altunbay, 1941-ci ildə "tarixdə ilk təyyarə qaçıran adam və kommunist rejimindən azadlığa qanadlanan ilk insan" olmuşdur. Məmməd Altunbay, həmçinin, 1949-ci ildə, M.Ə.Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyində əsas simalardan biri və 1966-cı ildə Türkiyədə haqqında bədii film çəkilən qəhrəman idi. O, "501 Nömrəli Hücrə” adlı sənədli filmin ssenarisini də yazmış və bu ssenarri əsasında 1967-ci ildə film çəkmişdi. Film yaşanmış hadisədən, sovet zülmündən bəhs eləyir. Filmdə Məmməd Altunbay Kommunizmdən qaçan təyyarəçi türk zabitlərinin (yəni, özünün və dostlarının) başına gələnlərdən danışır. Həmçinin, NKVD əməkdaşlarının insanlara verdiyi ağır əzab və əziyyətlər də əks olunmuşdur. Hətta, deyilənə görə filmin təqdimat gecəsində Türkiyənin o zamanki siyasətçi və ziyalıları iştirak etmiş və ayaq üstə alqışlamışlar. Aylarca film maqazin jurnallarının manşetindən düşməmişdir. Altunbay 1974-cü ildə “Düşmən gəlir” adlı ilk kitabını yazmışdır. Digər kitabı (xatirələri) ölümündən sonra nəşr olunmuşdur. Məmməd Altunbayın xatirələrini yazdığı kitab Xan nəşriyyatı tərəfindən nəşr olunub. Kitab "Azadlığa uçan türk" adlanır. Qeyd edim ki, Zeynəb Xanlarova Türkiyəyə konsert vermək üçün gedəndə Azərbaycan mühacirlərindən Mehmet Altunbayın evində qonaq olmuşdur. Hətta bəzi iddialara görə Altunbayın Azərbaycanda yaşayan oğlu Oqtay Altunbaya xəbər də gətirmişdir. Bunun nəticəsində də ata ilə oğul arasındakı 40 illik həsrət sona çatmış, Oqtay Altunbay atasını görmək üçün 80-ci illərin sonunda Türkiyəyə gedib atasına qovuşmuş, adaşı olan qardaşı Oktay Altunbayla tanış olmuşdur.
Azadlığa Uçan Türk
Azadlığa Uçan TürkMehmet Altunbay · Xan Nəşriyyatı · 20173 okunma
·
47 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.