Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
9/10 puan verdi
BÖYÜK MAARİFPƏRVƏR
Həsən bəy Zərdabi Tam gücümün tükəndiyi, mübarizə əzmimin qırıldığı bir dövrdə oxudum "Həsən bəy Zərdabi xatirələrdə" kitabını. Necə böyük inam, güc verdi mənə, necə heyrətləndirdi Həsən bəy Zərdabinin iradəsi, mübarizə əzmi, təmənnasız vətən, xalq, millət sevgisi... Bütün həyatını xalqının maariflənməsinə, savadlanmasına, cəhalətdən, dibsiz qaranlıq quyudan işıqlı dünyaya çıxmasına sərf edən bu insan ucalığın zirvəsidir. Tez - tez deyirik ki, bizə də bir Snelmann (Bəyaz zambaqlar ölkəsi) lazımdır... Lakin heç düşünmrük ki, olub bizdə də "snelmannlar". Həsən bəy, ən azı Snelmann qədər, hətta ondan qat - qat çox və ağrılı şəraitdə xalqı üçün çalışıb, həmvətənlərinin maariflənməsi üçün əlindən gələnin artığını eləyib. Vuruşduğu cəbhə çox idi, o isə tək... Yenə də yorulmadı Həsən bəy. Yenə də çalışdı, yenə də son nəfəsinə qədər vuruşdu. İlk qəzet nəşri, ilk xeyriyyə cəmiyyətinin yaradılması, kəndlilərin hüquqlarının qorunması üçün vəkillik fəaliyyəti, ilk teatr tamaşasının nümayiş olunması, müəllimlik fəaliyyəti, ilk qız məktəbinin (Hacı Zeynəlabdin Tağıyev) açılmasındaki rolu, məktəbin nizamnaməsinin tərtibi, hətta ilk sevgisindən sırf öz millətindən olmadığı (rus olduğu üçün) və onu xalqına yadlaşdıracağı düşüncəsinə görə vaz keçməsi, təhdidlərə rəğmən həyatını təhlükəyə ataraq mübarizə aparması, məktəblər açdırması və s... Saymaqla bitməz... Bütün bunlar yalnız bir məqsədə xidmət üçün idi. Sadə xalq kütlələrinin, millətin savadlanması üçün... Bu insanın necə möhtəşəm, necə güclü, necə vətən, xalq sevgisiylə çırpınan ürəyə sahib olduğunu düşündükcə həyəcanlanmamaq, onunla eyni dövrdə yaşayıb mübarizə apara bilmədiyinə təəssüflənməmək olmur. Tək olmasaydı, silahdaşları çox olsaydı bəlkə də çəkdiyi o qədər əziyyət hədər getməzdi, gördüyü işlərin bəhrəsini görərdi. Düzdü, tamamilə hədər getdi deyə bilmərik. Çünki ardında böyük bir məktəb qoyub getdi və onun yaratdığı məktəb Azərbaycanın XIX və XX yüzillikdə yetişən maarifçiləri üçün zəmin oldu. Yenə də fəxr olunmalıdır ki, bizim belə tarixi şəxsiyyətlərimiz olub. Onları özümüzə ideal seçməli, onlar qədər olmasa da, biz də gücümüz yetdiyi qədər bu xalq üçün çalışmalıyıq. Çünki əsrlər keçsə də, maarifçilərimizin mübarizə apardığı bütün problemlər hələ də ortadan qalxmayıb, hələ də çox az yol qət etmişik. Deyəcək söz çox olsa da, yazımı burda tamamlayıram. Bu vətən uğruna etdiklərin üçün sizə minnət duyuram, böyük insan! Xatirən əbədi qəlbimizdə yaşayacaq! Ruhun şad olsun!
Həsən Bəy Zərdabi Xatirələrdə
Həsən Bəy Zərdabi XatirələrdəMustafa Çəmənli · Xan Nəşriyyatı · 20197 okunma
··
103 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.