Gönderi

184 syf.
8/10 puan verdi
AMİN ORUC - TUFLİNLƏR
Son dövrlər Azərbaycan ədəbiyyatında yazılan ən yaxşı əsərlərdən biridir "Tuflinlər". Əslində uşaqlar üçün nəzərdə tutulsa da, nəinki uşaqların, həm də böyüklərin maraqla oxuyacağı əsərlərdəndir. İstər personajları, istər üslubu, dili, verdiyi informasiya baxımından bütünlüklə zövq alaraq oxuduğum əsərlərdən biri oldu. Həm düşündürücü, həm əyləndirici, həm də tərbiyəvi tərəfləriylə, sətiraltı mənalarıyla hər kəsin zövqünə uyğun olacağına inanıram. "Balaca şahzadə" dadında bir əsərdir desəm, mübaliğə eləmiş olmaram. Onları həm çox sevəcək, həm onların bacarıq və ağıllarına heyrət edəcək, onların düşmənlə mübarizəsinə qoşulacaq, həm də onlarla yanaşı Laprində yaşayan digər canlıları tanıyacaqsınız. Məncə, hamı bu kiçik, şirin qəhrəmanlarla tanış olmağa tələssin. İnanıran ki, onları çox sevəcəksiniz. Alıntılar ...qalib gələ bilməyəcəyimiz şeylər düşmənə çevrilir... Həyatı mümkün qədər anlamağa çalışmalı, bizi qələbəyə aparan hədəflərə sahib olmalıyıq. İnam güclüdürsə, mümkün olmayan heç nə yoxdur. Qarşına məqsəd qoyursan və məqsədlərinə sərhəd qoymursan. İnanırsan ki, məqsədlərini yalnız özün mühakimə edə bilərsən. Mümkün olmayan heç nə yoxdur. Bir dəfə məğlub olan həmişə məğlub olacaq deyə bir qayda yoxdur. Bərəkətli peşmanlıq səni yenidən hərəkətə gətirər... Mənim iki gözüm var, biri özümü görmək üçündü, biri başqalarını, iki qulağım var, biri özümü dinləmək üçündü, biri başqasını, eyni ilə iki qanadım, iki də ayağım var... Əgər hər ikisini özümə ayırsam, özünüdüşünən, acgöz, xudbin, xəbis, amma hər ikisini başqasına ayırsam, yalnız səfeh, boş və faydasız olaram. Sevgi cəsarət verir. Sevgi vəddir. Sevgi sərvətdir. Qaranquşlar, sərçələrin həyatlarına ya gəlməməli, ya da getməməlidirlər. İnandığın kəslərdən xoş söz eşitmək həmişə ümid bəxş edir. İnsanlar arasında özünü görməzliyə vuranlar korlardan, özünü dinməzliyə vuranlar lallardan, özünü eşitməzliyə vuranlar karlardan, özünü dəliliyə və axmaqlığa vuranlar dəlilərdən və axmaqlardan qat-qat çoxdular...
Tuflinlər
TuflinlərAmin Sükut · Parlaq İmzalar Yayınları · 201734 okunma
·
138 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.