Gönderi

Alıntılar part1
Ancaq axmaqlar öz bəxtini qumarda sınaya bilər. İki güclü silah var: Biri səbr, digəri zamandır... Son zamanlar yaşamaq mənə ağır gəlir Çox şeyi başa düşməyə başlamışam... "XVI Lüdoviki cani hesab etdikləri üçün edam etdilər, bir il sonra da onu edam edənlərin özünü yenə müəyyən bir səbəbə görə edam etdilər. Nə yaxşıdır? Nə pisdir? Nəyi sevmək, nəyə nifrət etmək lazımdır? Yaşamağın mənası nədir və mən kiməm? Həyat nədir, ölüm nədir? Hansı qüvvə bizi idarə edir? " Pyer bu sualları özünə verir və heç birinə cavab tapa bilmirdi. Ancaq bircə cavabı vardı, o da məntiqsiz və bu suallara dəxli olmayan bir cavabdı. O cavab bu idi: "Ölərsən, hər şey qurtarıb gedər. Ölərsən, hər şeyi bilərsən, yaxud daha sual verməzsən". Lakin ölmək özü dəhşətli idi. Nə qədər ki sevməmişik, biz qafilik, yatmışıq. Fani adamlarıq... Elə ki sevdik, yüksəlirik, allah kimi, ilk yaradılan məxluq kimi pak və müqəddəs oluruq... Həm onun daxilində, həm də ətrafında olan hər şey ona dolaşıq, mənasız və mənfur görünürdü. Eyni zamanda hər şeyə nifrətlə yanaşmaqda Pyer nə isə əsəbiləşdirici bir həzz duyurdu. Yox, bu saat mən çox şadam, özgənin dərdinə şərik olmaqla mən bu şadlığımı poza bilmərəm. Onun gözəl, məsum üzü deyirdi: "Mən sizin hamınızı sevirəm, heç kəsə yamanlıq etməmişəm, siz mənim başıma nə iş gətirdiniz?" Stern dediyi kimi: "Biz insanları onların bizə etdikləri yaxşılıqdan çox, bizim onlara etdiyimiz yaxşılıq üçün sevirik". İnsanın pis əməlləri üçün iki mənbə vardır: bekarçılıq və mövhumat. Yaxşı əməlləri üçün də iki mənbə vardır: fəaliyyət və ağıl. Özü - özünə "Eşq nədir?" deyirdi. "Eşq ölümün inkarıdır, eşq həyat deməkdir. Başa düşdüyüm hər şeyi onun sayəsində anlayıram. Hər şey ondadır. Eşq Tanrı deməkdir, ölmək də eşqin balaca parçası olan mənim varlığımın o sonsuz, böyük qaynağa geri dönməsidir." - Tanrıya inanmıram! - Sən ustalıqla hazırlanmış bir saatın parçaları ilə oynayan, bu saatın hansı işə yaradığını anlamadığı üçün ustaya inanmadığını söyləməyə cürət etmiş balaca uşaqdan da betər səfeh və ağılsızsan... Sən Bonapartdan danışırsan, lakin Bonapart çalışırdı; hər bir addımda öz məqsədinə doğru gedirdi və sərbəst bir adamdı, onun öz məqsədindən başqa heç bir şeyi yox idi. Odur ki, öz məqsədinə çatdı. Sən bir qadına bağlananda, dərhal zəncirlənmiş bir əsir kimi hər bir azadlıqdan məhrum olursan. Hər şey, bütün ümidlərin, qüvvən, hər bir şey səni sıxır, peşmançılıq sənə əzab verir. Xoşbəxtliyi başqa yerdə deyil, öz ürəyinizdə axtarın.Dincliyin qaynağı xaricimizdə deyil içimizdədir. Gözləməyi bacaran adam üçün hər şey öz vaxtında gəlir... Səbr və vaxtdan qüvvətli əsgər yoxdur. Mən həyatda tək iki gerçək fəlakət tanıyıram: Vicdan əzabı və xəstəlik. Xoşbəxtlik, bu iki pisliyin sizdən uzaq olmasındadır... Hər zaman qəlbimizdən gələn və doğru olduğuna inandığımız səsə tabe olmalıyıq, çünki o səs heç bir zaman yalan söyləməz... Mən deyirdim ki, alçalmış bir qadını əfv etmək lazımdır, lakin demədim ki, mən əfv edə bilərəm. Mən əfv edə bilmərəm. Hər kəs dünyanı dəyişdirmək istəyir, lakin heç kim özünü dəyişdirməyi düşünmür Qoy ölülər ölüləri basdırsınlar. Sənsə yaşayaraq yaşamalı və xoşbəxt olmalısan! Boris onun albomuna iki ağac şəkli çəkib altına da bu sözləri yazmışdı: - "Kənd ağacları, sizin kölgəli budaqlarınızdan mənim üstümə qaranlıq və kədər yağır". Başqa bir yerdə isə bir məqbərə şəkli çəkmişdi, onun da altından bu beyti yazmışdı: - "Ölüm xilas edir və sakit edir, Ah! Əzabdan qurtarmaq üçün başqa bir sığınacaq yer yoxdur". Bu beyt Jülinin çox xoşuna gəlmişdi. Sonra o, kitabdan oxuyurmuş kimi, bu sözləri Borisə demişdi: - Malxulyalığın təbəssümündə tükənməz bir füsunkarlıq vardır. - Bu kölgədə bir şüa, kədərlə ümidsizlik arasında bir cilvədir ki, təskinlik ola biləcəyini göstərir. Söz böyük şeydir. Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olur, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də.. "Pis insanlar daha tez birləşir. Ancaq müsbət adamlar birləşə bilmirlər, tək-tənha qalırlar. Psixoloji dərinliyə varsaq görərik ki, pis insanın fəaliyyətinin əsasında şər durur. Şər də həmişə fəaliyyətdədir. Yaxşı insanların fəaliyyətinin əsasında isə təvazökarlıq dayanır. Təvazökarlıq isə fəaliyyətsizdir." Cəhalət həmişə eyni şeyi deyir. Bilmədiyi bir şey varsa, onun mənasız olduğunu deyir. "Bunlar hamısı mənimdir və bunlar hamısı məndədir və bunlar hamısı mənəm!" - deyə səmanın dərinliklərində sayrışan ulduzlara nəzər salan Pyer fikirləşirdi. - Lakin, Allaha şükür edirəm ki, mən bu insanı öldürmədim, - Pyer dedi. - Niyə ki? - knyaz Andrey dedi. - Quduz iti gəbərtməkdə heç bir qəbahət yoxdur. - Xeyr, insanı öldürmək yaxşı deyil, ədalətsizlikdir. - Niyə görə ədalətsizlik olur? - knyaz Andrey təkrar sual etdi, - nəyin ədalətli olub, olmaması insan mühakiməsinə verilməyib. İnsanlar bu barədə daima yanılıblar və gələcəkdə daha artıq dərəcədə yanılacaqlar. İnsani eşqi ilə sevdikdə, eşqin nifrətə çevrilməsi mümkündür. Amma İlahi eşq dəyişilə bilməz. Heç bir qüvvə, nə ölüm, nə bir başqa qüvvə onu dağıtmağa qadir deyil. İlahi eşq Ruhun mənasını təşkil edir.
··
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.