Gönderi

168 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Nihan Kaya - İyi Toplum Yoktur "İyi Aile Yoktur"u oxuduqdan sonra bu kitabı da oxumaq şərt oldu. İl kitab mənə o qədər çox təsir etdi ki, fasiləsiz üçləmənin digər kitabını da oxuyub bitirdim. İlk kitabda daha çox ailə, valideynlər və onların uşaqlara münasibəti, davranışlarının onlarda yaratdığı travmalar ətrafında danışılırdısa, bu kitabda ailə, uşaq və cəmiyyət üçbucağı ələ alınıb. Yenə də bu üç tərəfdən ən məsumu və günahsızı uşaqlardır. Nihan Kaya uşaqlığımdan bəri illərdir düşündüyüm, amma istədiyim kimi izah edə bilmədiyim, sözlərə tökməyi bacarmadığım düşüncələrimi dilə gətirib. Sanki ürəyimi oxuyub. Nə gözəldir eyni düşüncələri bölüşdüyün insanların dünyanın hər hansı uzaq nöqtəsində də olsa mövcud olması. Kitabda hamımızın normal qəbul etdiyimiz, illərdir adət-, ənənə adı altında sorğu-sualsız keçirdiyimiz mərasimlərin iç-üzünü açıb göstərir. Sünnət toylarından tutmuş elçilik, toy, xınayaxdı, gəlin gətirmə mərasimlərinə qədər. Elə yas mərasimlərimiz də bu sıradadır. Biz ölülərimizi belə "başqaları nə deyərlər"ə qurban verən bir cəmiyyətik. Necə mi? Bir əzizimizi, yaxınımızı itirəndə onun acısını yaşamaq, dərdini çəkmək yerinə əynimizə-başımıza fikir verir, evimizi eşiyimizi səhmana salır, hətta necə ağlaycağımızı, necə oturacağınmızı, hansı sözü deyib deməyəcəyimizi belə başqalarna görə planlayırıq. Toy mərasimlərimiz bundan fərqlənir mi? Yox. Toplumun ən çox istismar etdiyi isə uşaqlar və qadınlardır. Əsrlərdir qadınların haqları tapdanır, amma, susurlar niyə? Çünki onlara ta uşaqlıqdan bunun belə olmalı olduğu öyrədilib. Evə gəlin gətirəndə onun yaxşı və ya pis gəlin olmasının meyarı çox ev işi görüb-görməməsi, yaxşı həyat yoldaşı olmasının meyarı isə ərinə sorğu-sualsız itaət edib-etməməsidir. Qadınlar illərdir qadının yeri evdir, mətbəxdir, qadın üçün ən böyük xoşbəxtlik ana olmaqdır, ana olubsa oturub Allahına şükür eləməli, uşağının xətrinə hər şeyə dözməlidir cəfəngiyatına inanıb istismar olunmalarına göz yumurlar. Bu dözməyin sonu nəyə gətirib çıxarır? Uşaqlarını onların istədiyi kimi yaşamağa məcbur edib bədbəxt edən qəddar valideynlər, gəlinlərinə ağalıq etmək, onları itaət altında saxlamaq istəyən zalım qaynanalar, ömür boyu həyatı üzərində söz haqqı olmayan, yaxşı övlad olacaq deyə sorğu sualsız valideynlərinə itaət edən evləndikdən sonra özündən zəifdir deyə həyat yoldaşına ağalıq etmək istəyən, ona zorakılıq göstərən kişilər, kişiyə etiraz etmək olmaz, kişinin sözü qanundur, ailədir döyülsən də söyülsən də dözməli sən cəfəngiyatına inanıb susan, öz haqqını qoruya bilmir deyə acığını özündən zəif uşaqlardan çıxan, onlara əl qaldırıb ağır travma yaşadan analar yetişdirir bu sistem. Biz susduqca, biz bu gedişə dur demədikcə, nələrisə dəyişmədikcə bu dövran belə gəlib belə də gedəcək. Ona görə də bu kitabı, hətta bu üçləməni mütləq oxumaq, oxutdurmaq və təbliğ etmək lazımdır. Bütün valideynlər, müəllimlər oxumalıdır bu kitabları. Mütləq və mütləq oxuyun. Sağlam bir cəmiyyət yaratmaq üçün oxuyun.
İyi Toplum Yoktur
İyi Toplum YokturNihan Kaya · İthaki Yayınları · 20193,000 okunma
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.