Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Can candan ayrıdır!.. Hiss etdiklərini yalnız və yalnız sən duya bilirsən. Ağrın-acın yalnız sənə özəldir. Ayrı can bunu istəsə də, duya bilməz. Duymaq da istəməz. s.26 Hər şeyi yenidən başlamaq şansını verən sabah adlı bir ümid var... s.31 İnsanlıq nə borc alınar, nə borc verilər... s.47 "Hər şey qızım üçün" povestindən *** Əməllərimizin ən pisi də riyakarlıqdan, acgözlükdən yaranır. Riyakarlığı tərbiyə etmək mümkündür. Ancaq acgözlüyü əsla. Acgöz insan heç nəyə qane olmur. s.83 Bilirsən, qar yastıq kimi yumşaqmış. Üzərinə hansı hündürlükdən hoppanırsan hoppan, hər zaman yumşaq yastığa düşmüş kimi təəssürat yaranacaq. s.89 Ağrılarımdan güc almağı o an öyrəndim. s.91 Vüsal haqlı idi. Bu dəhşətli faciəni o zülmət gecənin şahidi olmayanlar anlaya bilməzlər. Bizim tamamilə fərqli uşaqlıq xatirələrimiz var. Lakin onun xatirələri bütün Azərbaycan xalqının sağalmaz yarası idi. O gecə Vüsalın etirafını dinləməklə təkcə otaq yoldaşımı yaxından tanımış olmadım, eyni zamanda Xocalı soyqırımına xəyalən nəzər salmış, o faciəni "yaşamış" oldum. Bu əhvalat qəlbimdə yatmış Vətən sevgisini, torpaq eşqini də alovlandırdı. s.94 "Zülmət" hekayəsindən *** Bir göz qırpımında keçir hər şey - doğum, yaşam və ölüm! Doğumumdan artıq neçə illər keçib. Yaşantım hiss edirəm ki, belə davam etsə, ölümə birləşəcək. Ölüm isə bütün canlıların dadacağı, gedəcəyi, qaça bilməyəcəyi, taleyin son səhifəsi, son sətri, son ünvanıdır. s.97 Bir məkana daxil olmazdan əvvəl üst başıma göz gəzdirirəm. İnsanların geyimlə qarşılandığını bildiyimdəndir, bu. s.99 "Dostluq sədası" hekayəsindən Müdriklik və mərdlik əzəmətin təməlidir. Bunlar əbədidir və insana əbədiyyət bəxş edir. İnsan daha çox öyrəndikcə insan olur. Müdrik olmasa, müdriklik faydasızdır. s.187 "Açılmayan düyünlər" detektiv-povestindən
·
54 görüntüleme
Shade okurunun profil resmi
Alıntılar rəsmən "məni oxu" deyir. Bu yazarı tanımıram heç. Ama tanımaq istədim artıq
Şəhla Rşd okurunun profil resmi
Xəyalə xanım gənc də olsa, artıq ədəbiyyatımızda istər mütaliəsi, istər tərcümələri, istərsə də əsərlərilə öz sözünü deyən yazıçılardandı. Hər yeni kitabında bir az daha püxtələşdiyi, qələm təcrübəsi qazandığı görünür. Məncə, əsərləriylə tanış olsanız, siz də sevəcəksiniz. Xüsusilə, Adsız əsəri sürükləyicidir. 👍❤
2 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.