·428 syf.··Beğendi
···Okunma: 31 Ocak 2020 02:48 Bir anlıq düşünün 439 yaşınız var, amma görünüşünüz 39 yaşlı bir insanın görünüşünə bərabərdi. Necə hiss edərsiniz? Bir albatros olaraq pərvənələrlə eyni həyatı paylaşırsınız. Sevdiyiniz bütün insanlar ölməyə eyniylə siz də onların ölümünü izləməyə məhkumsunuz. Düşünün ki, Şeksprin şəxsən özünün yazdığı və canlandırdığı teatr tamaşasında musiqi alətinizlə minlərlə insanın qarşısında çıxış edirsiniz və ya Charli Chapli yemək yediyiniz zaman yanınızdan keçərkən sizə salam verir. Çaykovskinin bəstələdiyi və şəxsən özünün drijorluq etdiyi bəstəsini ilk dəfə dinləyənlərdənsiniz necə hiss edərsiniz? Hələ ki, sadəcə tarixə adını yazdırmış 3 məşhur şəxsiyyətin adını çəkdim, kitabda isə bir çox şəxsiyyət yer alır. Bir insan ruhuna neçə həyat sığar və ya sığa bilirmi? Hər 8 ildən bir bütün varlığınızı, xatirələrinizi məhv edib yeni bir insan kimi fərqli ölkələrdə yenidən var olmağa məcbur edilmək asandımı? Keçmiş hər zaman sizinlədi və zaman keçdikcə daha da ruhunuz yorulur. Həyatınızın yarısını belə tamamlamamısınız. Bəlkə 4, bəlkə də 5 əsrlik ömrünüz hələ qabaqdadı. Bu həm heyran edici həm qorxulu həyatı yaşayan Tom'un hekayəsidi. Teaspress'in möhtəşəm tərcüməsi ilə özünüzü sorğu-suala tutmağa hazır olun)