Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Alıntılar
Məhəbbət, bir nəfərin yerdə qalan bütün adamlardan üstün tutulması deməkdir. Bədbəxt insanlara şəhərdə yaşamaq daha rahatdır. Şəhərdə insan 100 il yaşayır və heç hiss etmir ki, o artıq çoxdan ölüb, çürüyüb... "Bəs həkimlər kimdir? Elm kahinləri. Gəzəyənliyin sağlamlıq üçün xeyri olduğunu söyləməklə yeniyetmələri kim yoldan çıxarır? Onlar. Sonra da dəhşətli bir təmkinlə sifilisi müalicə eləməyə başlayırlar". Qəribə işdir, gözəl adamın gözəl olduğu qədər də xeyirxah olması necə böyük xülya, illüziya imiş. Gözəl qadın səfeh şeylər danışır, ona qulaq asır və bu səfehliyi görmürsən, ancaq ağıllı şeylər görürsən onun dediklərində. O, danışır, rəzillik eləyir, sənsə nəsə bir mərhəmət, şəfqət görürsən. Dinib-danışmayanda, səfeh, rəzil sözlər söyləməyəndə, bütün gözəlliyi ilə dayanıb duranda, o saat qət eləyirsən ki, o son dərəcə ağıllı və əxlaqlıdır". Yəhudilər deyirlər: - Hə, siz istəyirsiz ki, biz ancaq ticarətçi olaq, yaxşı olarıq və biz tacirlər pulla satın alarıq sizi. Qadınlarsa belə deyirlər: - Hə, siz istəyirsiz ki, biz ancaq şəhvət predmeti olaq, neynək, biz elə şəhvət predmeti kimi də sizi əsarət altına alarıq. Axı qadınların köləliyi yalnız bundadır ki, adamlar ondan zövq vasitəsi kimi istifadə etməyi xoşlayır və buna can atırlar. Budur, axır ki, qadını azad edir, ona kişilərlə bərabər hüquqlar verir, amma yenə də ona zövq aləti kimi baxırlar, onu uşaqlıqda da ictimai fikir vasitəsilə yalnız bu ruhda tərbiyə edirlər. Və yenə də əvvəlki tək alçaldılmış, təhqir edilmiş vəziyyətdədir, kişi də elə əvvəlki kimi pozğun, əxlaqsız qul sahibi olaraq qalır. " Hər hansı bir qız anasına və ya qızın özünə həqiqəti olduğu kimi desəm, yəni, desən ki, işi-peşəsi ancaq adaxlı axtarmaqdır, möhkəmcə inciyər. Əslində, onlar elə ancaq bununla məşğuldurlar, başqa işləri yoxdur. Ən dəhşətlisi də bəzən lap cavan, biçarə məsum qızların bu işlə məşğul olduğunu görməkdir. Özü də bütün bunlar açıq-aydın edilsə, yenə yeri var, di gəl hamısı yalandır. "Ah, növlərin mənşəyi, necə də maraqlıdır! Ah, Liza rəssamlıqla yaman maraqlanır! Siz də sərgidə olacaqsınız? Necə də ibrətamizdir, faydalıdır! Bəs "troyka"da gəzmək, teatr, simfoniya? Ah, nə gözəldir! Mənim Lizam lap musiqi dəlisidir. Bəs siz niyə mülahizələrlə razılaşırsınız? Ah, qayıq gəzintisi!". Məqsəd birdir: "Al, məni al, mənim Lizamı! Yox, məni! Hə, heç olmasa, bir gör nədir!.." Rəzillikdir! Yalandır! Musiqi insanın qəlbini nə yüksəldir, nə də alçaqlara endirir, adamın ürəyini yerindən qoparıb oynadır. Mən musiqinin təsir gücünü gülüşün, əsnəməyin sirayətedici qüvvəsi ilə müqayisə edirəm: məsələn; bir də görürsən ki, heç yuxun gəlmir, amma əsnəyənlərə baxıb sən də əsnəyirsən, ya da, gülməli heç bir şey olmasa da, gülənlərə baxıb, sən də gülməyə başlayırsan. Musiqi məni o saat müəllifin həmin əsəri bəstələyəndə keçirdiyi vəziyyətə salır, həmin aləmə aparır. Mən musiqiyə qovuşub, onunla birlikdə bir vəziyyətdən başqasına, bir aləmdən o birinə düşürəm, amma bunun nə üçün, nədən olduğunu bilmirəm. Axı, bəstəkar, məsələn, elə Kreyser Sonata'nın müəllifi Beethoven həmin vəziyyətə, həmin aləmə nə üçün düşdüyünü bilirdi, - həmin vəziyyət onun hansı əməllərinəsə səbəb olub və buna görə də onun üçün mənası varmış...
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.