Gönderi

8/10
·152 syf.··
Beğendi
·
2020 9. kitabı
·
28 günde okudu
·
Okunma: 02 Şubat 2020 00:07
Heyvan respublikası üzərindən həyatın gerçəklərini, daha doğrusu müəyyən dərəcədə siyasəti başa salmağa çalışan bir kitab. Personajlar real həyatdan uğurlu şəkildə əsərə daxil edilib. Bu da əsərin aktuallığını hər zaman qoruyub saxlamasına səbəb olur. Əsərdəki hər bir personajı təklikdə incələsək hazırkı dövrdə ətrafımızda olan hansısa şəxslə çox asanlıqla əlaqələndirə bilərik. Diqqətimi ən çox çəkən personaj isə ,sözsüz ki, Şpion personajı oldu. Hər bir "lider"in ən azı bi "Şpionu" olmalıdır ki, o əhalini asanlıqla idarə edə bilsin. İşbaz personajı və qoyunlar isə məsum xalqı çox gözəl əks etdirir. Kitabı oxuduqdan sonra özünüzə "bəs demokratiya həqiqətdə nədir? Ümumiyyətlə, demokratiya varmı?" tipli suallar verməyiniz ehtimallar arasındadır. Oxunçasına gəldikdə isə, son dərəcə axıcı əsərdir. Metro ya da avtobusda yol gedərkən rahatlıqla oxuyub-bitirə bilərsiniz. Məni isə hələ də sonda Kapitanın başına nə gəldiyi maraqlandırır. Kaş, əsərin sonunda Kapitanla bağlı kiçik bir məlumat da əldə edə bilsəydik.
Hayvan ÇiftliğiGeorge Orwell · Can Yayınları · 2024296bin okunma
·
6 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.