Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

268 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yenə möhtəşəm bir kitab, yenə dərin və fərqli düşüncə tərzi, yenə sürükləyici bir roman və təbii ki, bu möhtəşəmliyin müəllifi Qaraqan.. Əsər, insanı bir dünyadan alır, başqa bir dünyaya aparır. Sözün həqiqi mənasında belədir. Qaraqanla tanışlığım, hələ uşaq vaxtlarımdan, möhtəşəm rap'larıya başlayıb. İndiyə qədər də treack'lərini dinləyir, kitablarını zövqlə oxuyuram. Neçə illər öncədən belə sırf bu günümüzlə uyğunlaşan əsərlərinə heyran qalmamaq əldə deyil... " Evakuasiya" əsəri Elxan Zeynallı'nın digər bir çox əsəri kimi insanın öz daxilindəki dünyayla kənar dünya arasındakı anlaşılmazlığı tökür ortaya mənə görə. Məlumatlandırıcı, eyni zamanda da ilk sətirlərindən insanı içinə alıb, yerin altına, daha sonra da üstünə, başqa dünyaya aparır. Və o dünyada hər şey xəyallardakı kimidir.. Kənanla Fidanı Sevginin gücü xilas edir, cəsarət həqiqəti tapmağa kömək edir. Eyni zamanda massonların tarixindən geniş bəhs edilir. Kitabın sonunda yazıçı bizə 2 sual verir; "Bəs siz olsaydınız, o təşkilatlar kimi pis insanları məhv edib, yaxşılar üçün daha gözəl bir dünya yaradardınız mı?" Yazar bir mənalıq olaraq, əsərdəki dünyanı Cənnət və Cəhənnəmə bənzədib əslində. Cənnətə də yaxşı insanlar gedir, pis insanlar isə cəhənnəmdə məhv olur. Əslində, bu dünyamızla da necədə bağlıdır bu əsər, hansı ki, axirətdə insanlar öz əməllərinə görə Cənnət və Cəhənnəmə ayrılır, kitabda da yenə öz əməllərinə görə, öz vicdanlarına görə Cənnət və Cəhənnəmlərini bəlirləyir. Gələk sualın cavabına, "mən belə bir şeyə razı olardım mı?" Kitabın ortalarında fikrim qəti olaraq "o qəddarlığı etməzdim, hətta xəyallarımdakı dünyaya çatsam belə." İkən, kitabı bitirdikdən sonra fikrim " Bilmirəm" oldu. Bu da yazarın kitabın içində qeyd etdiyi testlər kimi olsa gərək, vicdan sorğulaması idi...
Qaraqan
Qaraqan
Evakuasiya
Evakuasiya
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,129 okunma
··
1 artı 1'leme
·
76 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.