Gönderi

126 syf.
9/10 puan verdi
·
6 günde okudu
SEVMƏ SƏNƏTİ
Bəzi kitablar var ki, onları oxuduqdan sonra haqqında nəsə yazmaq, həqiqətən də çətin olur. Erich Fromm "Sevmə sənəti" kitabı da bu qəbildən əsərlərdən oldu. Kitabda sevgi, onun nevrotik müxtəlif forma və növlərini mövzu alan XX əsrin görkəmli alman psixoloqu və filosofu Erich Fromm həm insanın düşüncələrindəki qaranlıq məqamları işıqlandırır, həm də onu böyük bir çıxmaza salır, beynini müəyyən anlamda dumanlandırır. İnsanı özünü, bu günə qədər yaşadıqlarını, duyğularını təhliletmə, doğru - yanlış axtarma problemi qarşısında qoyur. Bir tərəfdən səhvlərini göstərir, digər tərəfdən sağlam sevmə sənətinin nə qədər çətin olduğu qənaətinə vardırır. Hələ ki, insanların psixologiyasının, xarakterinin bu qədər korlandığı belə bir dövrdə... Erich Fromm, sevmənin bir sənət olduğunu vurğulayaraq, ana, ata, övlad, insanlıq, bacı-qardaş sevgisi, xalqlararası sevgi və düşmənçilik münasibətləri, cinslərarası sevgisindən tut, Tanrı sevgisinə qədər bütün əsas sevgi növlərini, onların travmatik formaları və bunların səbəblərinin təhlilini öz mövqeyindən verəməyə çalışır, insan psixologiyasının dərinliklərinə enir... Frommun cinslərarası sevgi mövzusunda Ziqmund Freydlə fikir ayrılığı yaşaması və Freydin cinsəl sevginin gücünü şişirtməsi, buna həddən artıq məna yükləməsi haqda fikirlərini isə, xüsusilə sevdim. Əsər, əsasən, doyurucu olsa da, cavabsız çox sualım qaldı. Əslində, kitab da yazılanlar illər əvvəl qatıldığım "Sevgi və onun nevrotik formaları" psixoloji seminarından az-çox tanış mövzular idisə də, yenə də unutduğum məqamları xatırlatdı, bilmədiklərim haqda da məlumat verdi. Oxuduğumuz əsərlərdən, xüsusilə, insan psixologiyası və yaşamını mövzu alan əsərlərdən həyatla, həyatımızla, yaşadıqlarımızla əlaqəli praktik nəticələr də çıxara biliriksə, həmin əsərlər ikiqat təsirli olur. Bu baxımdan, "Sevmə sənəti" mənimçün xüsusi yeri olan əsərlərdən oldu. Haqqında uzun uzadı danışıb, geniş müzakirələr aparmaq istəsəm də, əsər haqda düşüncələrimi bəsit və qısa yaza bildim sadəcə. Son olaraq, əminliklə, kitabsevərlərə tövsiyə edəcəyim əsərlərdəndir....
Sevme Sanatı
Sevme SanatıErich Fromm · Say Yayınları · 198518,9bin okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.