Gönderi

156 syf.
·
Puan vermedi
Sesil on yeddi yaşında gənc qızdır. Atası Reymon və onun sevgilisi Elza ilə qayğısız, xoşbəxt yaşayırlar. Birlikdə Aralıq dənizinin sahilində istirahət edirlər. Onlara sonradan Anna Larsen qoşulur. Reymon Elza ilə münasibətini bitirib Anna ilə evlənmək qərarına gəlir. Anna, Sesil və atasından fərqli insandır. Sesil və atası Reymon əyləncə düşkünü, Anna isə sakitliyi sevən, sərt ədəb qaydalarına əməl edən insandır. Annanın gəlişi ilə sərbəstliyə son qoyulur. Həyatlarının tamamilə dəyişəcəyindən qorxan Sesil atası və Annanın əlaqəsini bitirmək üçün plan qurur. Plana görə Sesilin "sevgilisi" Siril və Elza sevgili kimi davaranacaq onları bir yerdə görüb qısqanan Reymon Elzanı geri qazanmaq istəyəcək. Müəllifinə böyük şöhrət qazandıran "Salam Kədər" əsəri gənc qız olan Sesilin dilindən nəql edilir. Kitabın dili çox sadədir. Eqoist Sesildə, atası Reymonda sevimsiz obrazlardılar. Bu kitabın adına görə insanların diqqətini cəlb edib populyarlıq qazandığını düşünürəm. Çünki bəyənilərək oxunub məsləhət görüldüyünə inanmıram. Mənimdə diqqətimi elə kitabın adı çəkmişdi.
Merhaba Hüzün
Merhaba HüzünFrançoise Sagan · Gendaş Kültür Sanat Yayıncılık · 1991194 okunma
·
141 views
Rümeysa BALÇIN