Gönderi

691 syf.
8/10 puan verdi
·
Read in 8 days
Ya gözlərim , ya bu kitab seçimləri arasında qalaraq sonda gözlərimə qəsd etdiyim bir kitab haqqında qısaca fikirlərimi bölüşəcəm. “ Tilsim” King’in Peter Straub ilə birgə yazdığı iki kitablıq seriyanın ilk kitabıdır . King mənim xəyalgücümün , təsəvvür qabiliyyətimin müəllimidir , zehin inqilabçısıdır . Oxuduğum hər kitabında o qədər fərqli duyğularla bənzərsiz səyahətlər etdim ki , oxucu olaraq bundan böyük zövq almamaq mümkün deyil. “Tilsim” kitabı elmin paralel dünyalar teoriyası üzərinə qurğulanmış fantastik dastandır . Bu teoriyaya görə əslində bizim olduğumuz və yaşadığımız dünyaya paralel dünyalar da var , o dünyalar da bizim bənzərimiz , əksimiz olması mümkündür , amma bu heç vaxt sübuta yetirilə bilməz. Biz ,biz olaraq sadəcə bu dünyada var ola , yaşaya bilərik , başqa əksimizi ancaq hiss etməyimiz mümkündür ki bununda “ dejavu” ilə müəyyən mənada əlaqəsi var. Kitab 12 yaşlı Jackin ölmək üzrə olan anasını xilas etmək üçün başlatdığı paralel səyahətləri haqqındadır. Atasının şərikindən qaçaraq , anası ilə birgə Alhambra otelinə gələn Jack bu oteldə varlığından xəbərsiz olduğu diyarların mövcudluğundan xəbər alır və anasını xilas etmək üçün çətin və mistik bir yola çıxır . Markus Zusakın “ İt dalaşı” seriyasında ən sevdiyim cəhət obrazların səhifələr keçdikcə özlərini mənəvi olaraq gücləndirməsi idi . Jack da bu inkişafı kitabın gedişatı boyu oxucu olaraq mənə hiss etdirdi. İlk səhifələrdən tanıdığım 12 yaşlı bir uşaq , təkbaşına cəsurca qərarlar alaraq onların ardınca getməyi bacaran bir yetişkin iradəsinə yiyələnir( düzü bir çox yetişkində yoxdu bu iradə , ama nəysə ) . Diyar - planetimizin bir paralel formasıdır və hər bir insanın əksi orda da var ; 2 tərəfdən hər hansı birində olan hadisə digər tərəfədə təsir edir ( qloballaşmanın paralelləşmiş forması yəni) . Məsələn , diyarda kiçik bir savaş olmuş və 100-ə yaxın insanın ölümünə səbəbiyət vermişkən ; bu kiçik müharibənin dünyamıza təsiri 1 sentyabr 1939’dur. Yəni ikinci dünya müharibəsinin başlanma tarixi . Diyarda mühit fərqlidir , insanlar orta əsrlər dövründəymişçəsinə yaşamaqdadı , hər dəfə keçid zamanı Diyardakı havanın təmizliyi Jack’in dili ilə hiss etdirildi mənə ( bu həm də hava təmizliyi üçün mesaj xarakterlidir ) . Diyarın kraliçası ilə Jack’ın anasının Diyardakı əksidir və o da ölümcül xəstədir . Yəni Jack hər iki tərəf üçün önəmli bir personajdır , amma yolu çox çətin , əcaib mistik varlıqlarla zəngin bir yoldur . King , sən vəhşisən!
Tılsım
TılsımStephen King · İnkılap Kitabevi · 2002675 okunma
·
40 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.