Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
10/10 puan verdi
·
16 günde okudu
Musiqini bir daha əsla əvvəlki kimi duyğusuzca, mexaniki dinləməyəcəksiniz!!! Sırf bir elmi əsər oxuduğumu söyləyə bilərəm. Bu bir az surətli oxumanın qarşısını alır, bir az da yorucu ola bilirdi zaman - zaman... İçində adı keçən musiqilərin bir çoxuna aşina olmamağım isə mənim qüsurum idi və paralelliyə əməl eləməyə çalışdım müəyyən qədər, bu da vaxtı bir az daha uzatdı... Ancaq yenə də qeyri - adi və fərqli bir səyahət idi mənimçün və inanıram ki, oxuyacaq hər kəs üçün... Bir də ən önəmlisi bir daha əmin oldum ki, öyrəndiyimiz heç bir şey, heç bir elm, heç bir fənn mənasız, lazımsız deyil. Ən adi ideya belə sənə böyük elmi keşflər etməyə təkan verə bilər. Necə ki əsərin müəllifi üçün uşaq vaxtı adi bir qulaqlıqdan eşitdiyi səs (musiqi), onun mənbəyi, necə yaranması uzun illər beynini məşğul etmiş, gələcəkdə araşdırmalar aparmağa, bu cür elmi əsər yazmağa stimul vermişdir. Səsin əmələ geldiyini, necə və nə zaman yarandığından başlayıb musiqi aləti (gitara) çalmağa, musiqi qrupu yaratmağa, səs yazma studiyasında işləməyə və oradansa alimliyə gedən yola qədər gəlib çıxmışdır... Əsərin nə demək istədiyini və oxuduqlarının necə bir təsir yaratdığını, insanı necə həyəcanlandıracağını oxumadan anlmaq olmaz, anlamaq üçün isə mütləq fikiza, kimya, biologiya, zoologiya, anatomiya, musiqi ve s... elmlərdən məlumatın olmalıdır... Əslində, daha çox ixtisasçılar üçün nəzərdə tutulmuş bir kitabdır... Yenə de zövqlə oxudum və çox şey öyrəndim. Bəsit də olsa, bildiklərim də vardı təbii, onların səbəblərini daha dərindən öyrəndim... Musiqi mənim həyatımda hər zaman nəfəs almaq qədər önəmli olub... Bundan sonra önəminin birə on artacaağına əminəm!!!
Müziğin Etkisindeki Beyin
Müziğin Etkisindeki BeyinDaniel J. Levitin · Pegasus · 201539 okunma
·
151 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.