Gönderi

184 syf.
9/10 puan verdi
·
Beğendi
Kitab haqqında fikirlərimi birdirməmişdən əvvəl kitabın üz qapağının dizaynı haqqında danışmaq istəyirəm. Kitabı əlimə aldığım andan etibarək tək düşündüyüm Rusiya bayrağına necə bənzədiyi idi. Sadəcə bir rənglə fərqlənirdi mavi yerinə qara rəng görünürdü. "1984" əsərini çox sevdiyim üçün heç haqqında oxumadan "Heyvan respublikasını" oxumağa başladım və ən son arxa qapağında Stalinin hakimiyyətinə qarşı yazıldığının açıq şəkildə qeyd edildiyini gördüm. Təbii ki, "1984" əsərindən Orwellin ruslara qarşı olan fikirlərinə bələd idim. Bəlkə də üz qapağı ona görə bu qədər diqqətimi cəlb etdi. İki əsərində oxumuş və Georgenin qələmini çox sevən biri olaraq deyirəm ki, yanlış ardıcılıqla oxumuşam. İlk öncə "Heyvan respublikası" daha sonra "1984" əsəri oxunulsa, fikrimcə daha düzgün olar. Səbəbi isə iki əsəri də çox nüansın birləşdirməsidi. Və "1984" əsərində bunlar ətraflı şəkildə yazılsa da, "Heyvan respublikası"nda ötəri şəkildə verilib. Belə deyim analiz etmək, öz düşüncələrinizlə fərqli nökteyi-nəzərlərə çatmaq istəyirsinizsə, bu ardıcılıqla oxumaq daha yaxşıdı. İnsanların heyvanlaşdığı, heyvanların insanlaşdığı qəribə bir əsərdi. Heyvanlar üzərində insanların toplu psixologiyanın necə qurbanı olduğu, siyasətin görünməyən və ya çox açıq olub, görmədiyimiz tərəflərinə ayna tutur. Kitabdan necə spoiler vermədən söhbət açım düzü heç bir fikrim yoxdu. Spoiler sevmirsinizsə, davamın oxumayın). Kitabda diqqətimi çəkən heyvanların yazma, oxumanı öyrəndikdən sonra sadəcə hökümləri oxumaq üçün istifadə etdiyi oldu. Məsələn itlər bunu yalnız "yeddi hökmü" oxumaq üçün istifadə edirlər. Və ya hər hansı haqsızlığa qarşı heyvanlar dinlənmək istədiklərində qoyunların daim "Dörd ayaq yaxşıdır, iki ayaq pis!' şüarını səsləndirmələrini və heyvanların susmağa məcbur olmaqları və bir çox bunun kimi faktlar. İnsanlığa dövründən asılı olmayaraq güzgü olması Georgenin qələminə xas bir xüsusiyyətdi deyə bilərəm. Oxuyun, oxutdurun mütləq.
Heyvan Respublikası
Heyvan RespublikasıGeorge Orwell · Parlaq İmzalar Neşriyyat · 0248,6bin okunma
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.