Gönderi

9/10
·224 syf.··
Beğendi
·
2020 3. kitabı
Yazardan oxuduğum ilk kitabdır.Kitabın üz qapağı diqqətimi çox cəlb etdiyindən haqqında məlumatım olmasa belə almışdım.Oxumadan öncə bir az çəkinirdim ki, ya kitabı üz qapağını sevdiyim qədər sevə bilməsəm?) Amma çox şükür elə olmadı,əsəri də ən az üz qapağı qədər bəyəndimm... Romanın baş qəhrəmanı öz kitabxanası olan və kitab oxumağı çoxxx sevən bir qadındır.Həyat yoldaşı və övladları ilə çox gözəl,xoşbəxt bir ailəsi olan bu qadının (Ofeliya'nın) həyatı sevdiyi adamın əli ilə sanki anidən zindana çevrilir...Baş verən hadisələrdən yazıb spoiler vermək istəmirəm,bir sözlə Ofeliyanın güvəndiyi dağlara təəssüf ki, gözləmədiyi bir anda qar yağır... Yazar romanda hadisələri o qədər gözəl təsvir edib ki,indi bu təhlili yazarkən,əsəri düşünərkən sanki bu hadisələr gözümün qarşısında baş verib kimi hiss edirəm. Sıxılmadan oxuya biləcəyiniz,olduqca gözəl və axıcı bir əsərdir.Sizə xoş və bol mütaliələr.
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201554 okunma
·
54 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.