Gönderi

761 syf.
10/10 puan verdi
Roman tarixi janrda yazılmışdır.Yazardan oxuduğum ilk kitab idi amma həddən artıq bəyəndim.Roman iki hissədən ibarətdir. Tarixi roman deyəndə mənim üçün axan sular durur.Sən nə gözəl kitab idin bele. Mövzusu Roman Atabəylər dövlətinin hökmdarları və yazarları ətrafında baş verən hadisələrdən bəhs edir.Atabəylər dövlətinin qüdrətili hökmdarı Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və həmin dövrün məşhur şairi Nizami Gəncəvi, şairəsi Məhsəti Gəncəvi.Qətibə adlı qızın Nizamidən xoşu gəlir və sevgisini etiraf etsə də rədd cavabı alır.Çünki Nizami Rəna adlı qıza aşiqdir. Nizami Rəna ilə evlənir və Məhəmməd adlı oğlanları dünyaya gəlir (Realda isə arvadının adı Afaq olub) Qətibə bundan sonra əlini üzür və dövrünün hökmdarına ərə gedir. Lakin onun gözü bununla doymur.Sarayda qulluqçuları ilə iş birliyi edir,sui-qəsdlər törədir.Hətta bu azmış kimi ərində öldürtdürür. Romanın ən sevdiyim tərəfi istər Cahan Pəhləvan,istərsə də Qızıl Arslanın şairlərə olan hörməti, elimə, təhsilə verdikləri dəyər oldu. Qızıl Arslanı daha çox sevdim. Dərsliklərdə onun haqqında çox az məlumatlar verilir, amma gəl gör ki hökmdarın gördüyü işlər az deyilmiş.Qətibədəki Hürrəm sultan kimi sarayı altını üstünə çevirir.Oğlunu taxta çıxartmaq üçün hər işə əl atır. Ərini öldürtdürüb ögey qaynını taxta çıxarır. İstədiyinə nail ola bilməyəndə digər qaynı ilə Qızıl Arslanla evlənir.Bir sözlə hökmdar qadınına yaraşmayan hərəkətlər edir. Heyifki Cahan Pəhləvanın Möminə Xatun türbəsi tikdirməyindən bəhs olunmur. Keşkə Şəmsəddin Eldənizdəndə danışılardı.Məhsəti Gəncəvinin isə rübai oxumağına narazı qalan Gəncə əmirləri onun evini daş qalaq edilər, özünü istə bərk döyürlər və yazıq şairəyə pozğun damğası vururlar.Lakin nə Nizami nə dəki Məhsəti qorxmadan sözlərini deməkdən də çəkinmirlər.Nizami Gəncəvi heç vaxt sarayda yaşamamışdir,sarayda yaşaması üçün hökmdarlar təkliflər etsələr də şair bununla razılaşmayıb.Səbəbi isə sarayda yaşamaqla azadlığının əlindən gedəcəyini düşünüb,azad şəkildə əsərlərini yazmağı üstün tutmuşdur. Romanda hökmdar və yazarlarla yanaşı xalqın ağır vəziyyətindən, aclıq və vergilərin ağırlığından, dövlət adamlarının özbaşnalıqlarindan, qanunsuz şəkildə həbs və cəzalardan bəhs olunur. Dövlət adamlarının Bağdad xəlifəsinə göndərdiyini qadın və qızları demirəm hələ Yazardan oxumağa davam edəcəyəm️
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017200 okunma
·
37 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.