Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

260 syf.
8/10 puan verdi
Həqiqətən çox gözəl, təsirli bir əsər idi. Əslində, az-çox bildiyim bir tarixə nəzər saldım yenə. Həmin dövr insanlarının həyatını hadisələrin birbaşa şahidi olmuş, onları real faktlarla qələmə almağa çalışmış ve obyektiv pəncərədən təhlil etmiş bir xanımın dilindən anlatılan avtobioqrafik bir əsər oxudum. Məncə, özümüzü, tariximizi daha yaxşı görə bilmək və kənardan baxa bilmək adına bu əsəri hamımız oxumalıyıq. Çünki belə baxıram ki, həmin dövrlə indiki dövr əksər insanlarımızın düşüncələrində çox da böyük dəyişiklik baş verməyib və biz tarixin bir yerinde ilişib qalmışıq, nə irəli gedə bilirik, nə geri qayıda... Banin öncəliklə Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsidir. O, XX əsr məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Cümhuriyyətinin nazirlərindən biri milyonçu Mirzə Əsədullayevin qızı idi. Əsl adı, Ümmülbanu olan yazıçı 1905-ci ilin yanvar ayında anadan olub. Öz tərcümeyi halında o dünyaya gəlişi və adının qoyulması haqda evdəkilərdən eşitdiyi xatirələri belə yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabın gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda məni dünyaya gətirmək üçün atam, doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə atam mənə Ümmülbanu adını qoyur. Əsər, bir çox məqamlarıyla məni çox sarsıtdı, ən çox da Baninin ailəsi, atası üçün fədakarlığı!!! Sovet hakimiyyəti qurulduğu dövrlərdə həbs olunan atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün Banin istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Ögey anası ilə olan gərgin münasibətləri Banini evdən çıxmağa və müstəqil həyata atılmağa məcbur edir. Banin iş axtarmağa başlayır. Xatirələrindən də aldığımız məlumatlara əsasən öyrənirik ki, Banin bir müddət maneken, sonra mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. İmkanı çatan bütün peşələrə yiyələnən Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır. Banin mürəbbiyələrdən aldığı təhsil sayəsində rus, fransız dillərini mükəmməl öyrənmiş, bu dillərdə bolca mütaliə etmişdir. Ona şöhrət gətirən "Qafqaz günləri" xatirələrindən başqa Baninin, "Paris günləri" (1947), "Ernst Yüngerlə görüş" (1951), "Mən opiumu seçdim" (1959), "Sonra" (1961), "Xarici Fransa" (1968), "Sonuncu ümidin zovu" (1971), "Ernst Yüngerin portreti" (1971), "Ernst Yünger müxtəlif sifətlərdə" (1989) romanlarının da müəllifidir. Baninin sonuncu dərc olunmuş kitabı – "Məryəmin mənə danışdığı" romanı 1991-ci ildə ölümündən 1 il əvvəl çap olunub. Qafqaz haqqında xatirələrində isə oxuyucuya XX əsr Azərbaycan, Bakı mühiti, insanları, dövrün tarixi hadisələri, ailəsi haqda geniş məlumat verir. Onunla ilk görüşən azərbaycanlı Ramiz Abutalıbov olub. Bu hadisə 1981-ci ilə – Parisdə Azərbaycan xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf edir. Açılış ərəfəsində Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü də olsa, Banin yaşlı bir fransalı kişi ilə sərgiyə təşrif gətirir. Yaşının çox olmasına baxmayaraq, Banin cavan görünürmüş. O özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edərmiş. Dini "xalq üçün tiryək adlandıran" bolşeviklərə cavab olaraq Banin "Mən tiryəki seçdim" kitabını yazır. Banin 1992.ci il oktyabrın 23.də vəfat edib. Oktyabrın 29-da isə Baninin ölümü haqda Fransanın "Fiqaro" qəzeti sarsıdıcı məlumatı yayır: "İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib..."
Qafqaz Günləri
Qafqaz GünləriBanin · Xan nəşriyyatı · 200749 okunma
·
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.