Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Mikayıl Müşfiq
RƏSSAM Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim. Çək onun qaradan qara telini, Çək, rəssam çək onun incə belini, Gözünə çatanda saxla əlini Can alan gözünü mən özüm çəkim. Çək Tanrı verdiyi gözəl qulunu, Çək dörd bir yanını, sağı solunu, Çək onun keçdiyi həyat yolunu Qoy ayaq izini mən özüm çəkim.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq
··
11 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.