Gönderi

509 syf.
·
Not rated
Hər kəsə salamlar! 🤍 Bugün uzun müddətdir bitirdiyim lakin həm blokda olduğum, həm də vaxt tapa bilmədiyim üçün postunu ertələdiyim kitabın şərhi ilə qarşınızdayam. Dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı sadə insanın günlük yaşamı və dəyərləri də canlandırılır və beləliklə, tarixi şüur, dünya və insan haqqında təsəvvürlərin spesifikası, insanların inam və ümidləri əks olunur. Viktor Hüqonun qələmi ilə ilk tanışlığım idi. Və qəribə , digər yazarlardan daha yad bir üslubu var . Bunun şahidi oldum əsəri oxuyarkən. Əsərin təhlilinə keçid edəndə isə bir çoxları Esmeraldanı çoxxx sevsə belə, mənə ən maraqlı gələn Kvazimodonun olduğu səhnələr idi. Onun olduğu səhnələri ayrı bir oxucu iştahı ilə oxuyurdum deyə bilərəm. İnsanların onunla davranışı, cəmiyyətdən xaric etmələri, onun xarici görünüşünü gülüş mənbəyinə çevirərkən özlərinin ən çirkin varlıqlar olduğunu görməmələri insana o qədər təsir edir ki. Əfsus ki, günümüzdə də belə insanlar çoxdur. Və mən bu əsərdə Kvazimodonun qəlbinə, ruhuna, sonuna vuruldum deyə bilərəm. 🤍 Hüqonun təsvir etdiyi dövrün əlamətləri əsərin əsas qəhrəmanları- Esmeralda, Kvazimodo, Klod Frollonun xarakterlərində və talelərində təcəssüm edilib. Və mən çox nadir hallarda əsərdəki hansısa bir obraza nifrət edirəm. Bu obraz Klod Frollo idi. Niyəmi? Çünki o, bütün zəhərli "sevgi"lərinin timsalı idi mənim üçün. Və Hüqo elə gözəl bacarıb ki, bu zəhərli "sevgi"ni izah etməyi... Qiymətləndirməyə keçməli olsaq isə , tarixi təsvirlərə çox yer verildiyini, Hüqonun əsəri çox uzatdığını düşünürəm, elə ona görə də ilk dəfə bir əsəri bitirmək bu qədər uzun vaxt keçdiAmma səbrlə oxumağınızı tövsiyə edirəm. Çünkii bu əsərdə cahillərin dünya və insan haqqındakı düşüncələri insana çox qəribə təsir bağışlayır, həmçininn zəhərli insanlar və zəhərli sevgilərin sonumuza necə təsir etdiyini, əsl sevginin və gözəlliyin isə ruhda, qəlbdə , mərhəmətdə gizli olduğunu görməmizə kömək edir...🤍
Notre Dame'ın Kamburu
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202232.9k okunma
·
48 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.