Gönderi

304 syf.
·
Not rated
·
Read in 3 days
Leyla Balkan müharibələrinin dəhşətlərini yaşamış bir qızın hekayəsidir. Aleksandra Kavelius Leylanın dilindən bütün hadisələri dəqiqliyi ilə eşidərək, aldığı qeydlər əsasında bu kitabı yazıb. Amma nəzərə alsaq ki, bu çətin günlərdən sonra travmalar alan Leyla çox azını xatırlayır, dəhşət sadecə bu kitabda yazılanlardan ibarət deyil. Avropada müsəlman icmaları olsa da, İslamı bir din kimi dövlət səviyyəsində qəbul edən yeganə dövlət Albaniyadır. Müqayisə eləsək, Albaniya istər təbii ehtiyatlar baxımından, istər coğrafi mövqe və rekreasiya imkanlarına görə digər dövlətlərdən heç də geridə deyil. (Hətta çoxundan da öndədir) Amma inkişaf edə bilmir. Etməsi üçün lazım olan imkanlar yoxdu, ya da yaradılmır. Niyə Albaniyadan danışdım, çünki Leyla və onun nümunəsində Balkan müharibələrində kütləvi zorakılığa məruz qalan bütün qadınlar müsəlman olduqlarının "hesabını" verirdilər. Çünki müsəlmanlar bu tip şeyləri - təcavüz, qeyri-rəsmi yolla dünyaya gələn uşaqlar, fahişəlik və digər mövzularda həssasdırlar. Buna görə də Balkan müharibələri dövründə kişiləri öldürə bildikləri halda, qadınlara öz həyat yoldaşlarının, atalarının, qardaşlarının qarşısında bütün bu iyrənclikləri etməkdən çəkinmirdilər. Çünki bu vəhşilikdən həzz alırdılar. Çox uzatmadan Leylanı oxuyandan sonra da mövqeyim dəyişmir. Əslində din insanları fərqləndirən amil deyil. Elə Leylanın özü də bunu dəfələrlə vurğulayır. Sadecə müharibə üçün vasitə lazım olanda ilk ağla gələn ilk amillərdən biri din olur. Serblər də bunu "məharətlə" istifadə ediblər. Dünya birliyi də susub, gözləyib, necə ki Xocalıya, 31 Mart Soyqırımına, işğal olunmuş torpaqlarımızda baş verən bütün vəhşiliklərə qarşı susurlar. Nəticədə isə olan sivil əhaliyə olur. "Təcavüzə bir müharibə strategiyası olaraq, nə benzin, nə də sursat lazım idi. Heç şübhəsiz, hər bir müharibədə zorlama olub, olur. Lakin Balkan müharibələri bura yeni bir şey də əlavə etdi. Kütləvi zorlamalar siyasətin əsas hissəsi idi. Sistematik işgəncənin metodu var idi. Geriyə mənəvi və fiziki şikəstlik qalırdı. "
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
·
45 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.