Gönderi

Puan vermedi·152 syf.··
2020 13. kitabı
Cek valideynlərini itirdikdən sonra bacısı Molli ilə birlikdə əmisinin himayəsində yaşayır.Cek çox dəcəl,yaramaz,qadağalara fikir verməyən bir uşaq kimi tanınır və əmisi onu guya cəhənnəmdən qorumağa çalışır.(Cek'i anlamağa çalışmır,yalnız döyərək,əziyyət edərək onu "tərbiyələndirmək" istəyir.) Hər zaman balacanı etdiyi şeylərə görə cəzalandırırdılar.Lakin ən son əmisinin onu dinləmədən günahlandırdığı hadisədə Cek'in həqiqətən də günahı var idi mi? O qədər dəcəl idi ki hər şeyi ondan bilirdilər.Amma heç kəs onu anlamağa çalışmırdı,nələr hiss etdiyini soruşan bir nəfər belə yox idi.(Teo ilə rastlaşana qədər....) Hisslərimi ifadə edə bilməyəcək qədər çox sevdim əsəri... Cek'in düşüncələri,özəlliyi,çoxunun görə bilmədiyi,anlamadığı fərqliliyi və güclü zəifliyi.... Məncə hər kəs bu əsəri oxuyub,Cek'lə tanış olmalıdır. Kitabin ilk səhifələrində Cek ilə tanış olduğumda mənə "Şeker portakalı"nın Zezesini xatırlatdı... .
Cek ReymondEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 201792 okunma
·
52 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.