Gönderi

74 syf.
9/10 puan verdi
Təsəvvür edin ki, səhər yuxudan durursan və dünən gecə yuxuya getdiyin kimi oyanmırsan. Sən valideynlərinin görmək istədiyi kimi deyilsən. Ümumiyyətlə nə isə yolunda deyil. Günbəgün başa düşürsən ki, dəyişirsən. Bir gün yuxudan oyanıb görürsən ki, sən ətrafındakı insanlar kimi deyilsən. Bir gün yuxudan oyanıb başa düşürsən ki, olduğun kimi sən ətrafında heç kimi qane edə bilmirsən. Bir gün sən yuxudan oyanıb başa düşürsən ki, sənin 12 ayağın və zirehin var... Belə deyək, Qreqor Zamsa kimi böcəyə çevrilmək şərt deyil. O, böcəyə çevrildi və ətrafı tərəfindən qəbul edilmədi. Sanki heç doğulmamış kimi doğmaları tərəfindən məhv edildi. Qreqorun hiss etdiklərini siz də rahatlıqla hiss edə bilərsiz. Bunun üçün mutasiyaya məruz qalmağa ehtiyac yoxdur. Sadəcə ətrafınızın razılaşmadığı, barışmadığı işlərlə məşğul olun. Məsələn, onların fikrincə lazım olmayan insana aşiq olun, dini və siyasi fikirlərinizi dəyişin. Sadəcə başqa yol seçin. Budur sənin fikirlərin, sənin bədənin də dəyişir və ən əsas isə səsin. Sənin dediklərin onlara sadəcə gedib çatmır. Əsərdə Qreqorun səsi o dərəcədə dəyişir ki, ailəsi tərəfindən tanınmaz hala gəlir. Ətrafı üçün fərqli olan subyektin səsini eşitmisinizsə, başa düşmək sizin üçün rahat olar. Budur həyat səndən yan keçir. Səni qəbul etmirlər. Nifrət sahibi olursan. Diqqətli və ətraflı düşünəndə, özünüzü Qreqorun yerinə qoya bilərsiz.  Bu nə deməkdir axı. İnsan necə böcəyə çevrilə bilər? Bunu şüuraltı qüvvə etdi yoxsa ilahi qüvvə? Belə çevrilmə mümkün ola bilər? Bəli, bəlkə də şüuraltı olaraq daxili qüvvə bunu belə etdi ki, Qreqor adi meşşan həyatdan və darıxdırıcı və boş satıcılıq işindən uzaqlaşsın.  Doğma insanların içində yalnızlığın, tənhalığın hekayəsidir. Bu absurdizm deyil. Bu sadəcə gündəlik reallıqdır. Bu reallığı isə ona yaxınlaşmağı bacaranlar yaxşı başa düşə bilər. Bənzəri mövzulardan kənar insanlar isə çox çətinlik çəkəcəkələr.  Ən vacib nüans isə Qreqora ailənin bəslədiyi münasibətlərdir. Burada bir çox suala cavab var. İnsan təbiətinin və psixologiyasının ifşası. Böcəyə çevrilən Qreqoru ailəsi otağına həbs edərək, daha sonra onun otağını əşyalardan boşaldaraq, boş və çirkli otaqda tək-tənha qalmasına şərait yaradan ailəsi. Onun ailəsi ondan iyrənirdi. Yadların gözündən qorumağa çalışırdı. Əlbəttə ki, şərti valideyn sevgisi belə də olmalıydı. Çünki "bax bu mənim oğlumdur  və ya qızımdır)"  deyə bilməyəndən sonra, prinsipcə övladlığın da mənası qalmır. Ailəsi onu sevmir daha. Qreqor isə daxilində deyir ki, məni olduğu kimi qəbul edin. Mən sizi sevirəm və sizinlə birlikdə olmaq istəyirəm. Böcəyə baxın və onda insanı tapın. Yox. İnsan şüuru belə işləmir. İnsanların böyük əksəriyyəti istəmədikləri, bəyənmədikləri, onlar üçün qeyri-müəyyən olanları sadəcə unutmaq istəyir. Bax o otaqda böcək yaşayırdı. Mən onu əzdim. O indi yoxdu. Xadimə də onu silib atdı. Hər şey geridə qaldı. Halbuki o insan idi.  Qreqor Zamza. Ailəsini o qədər çox sevir ki, bütün həyatını onlara həsr edir. Özünü unudur. Böcək olduqdan sonra isə ailəsi ona nifrət etməyə başlayır. Utanmaz-utanmaz da hələ onu işə qovlayırlar ki, get işlə. Nəinki ailə, onları insan adlandırmağa çətinlik çəkirəm. Onlar sadəcə merkantil canlı sürüsüdü. Oğulları qayğılarına qalanda yaxşı, heç kimə lazım olmayan bədheybətə çevriləndə isə nifrət və iyrənclik mənbəyinə çevrildi. İnsanlığı dərhal unuduldu. Sən dəyişirsən və əgər bu ətrafının ürəyincə deyilsə, sənə arxalarını çeviririrlər. Sən şəxsi çevrilməni başa düşürsən, görürsən, amma əsas təsiredici çevrilmə ətrafının çevrilməsidir. Arxa çevirmək də çevrilmənin bir növüdür, sadəcə bir növü. Sən dəyişirsən, amma ətafın başa düşmür ki, dəyişsən də qəlbinin dərinliyində eyni həmin şəxssən. Yenə də onları sevirsən. Qreqor öz səmimi sevgisi və ailəsini korkoranə yoxsulluqdan qorumaq istəyinə qarşı çox bahalı qurbanlar verdi. -
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022225,1bin okunma
·
55 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.