Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

İyirmi birinci Əsr Bu günə qədər, XXI əsrdə ən maraqlı kəşf 2003-cü ildə, Şərqi İndoneziyadakı Flores adasında tapılan kiçik "Hobbit" ,Homo floresiensisdir (Brown və dig., 2004). Daha sonrakı tapıntılar göstərir ki, bu Hominin 12 min il əvvəl yaşamışdı. H. Sapiens Flores adasına 35-55 min il əvvəl çatdığını nəzərə alsaq, bu tapıntı iki növün təmasda olduqlarını və ya ən azından bir-birinin varlığından xəbərdar olduqlarını bildirir. Sosial antropoloji kəşflər baxımından daha da vacibi olan Cənubi Afrikadakı yeni tapıntılardır ; bu kəşflər sənətin, bədən bəzəyinin, simvolizmin və simvolik davranışların geniş spektrinin ipuclarını bizə təqdim edir. Cənubi Afrikada Hind okean sahillərindəki Blombos mağarası xüsusilə, diqqətəlayiqdir. Bu qazıntı sahəsində qırmızı torpaq boyası ilə boyadılmış əşyalar tapılmışdır; onlar yalnızca bəzədilməmiş, eyni zamanda başqa yerdən gətirilərək yığılmışdı. İlk olaraq, 77.000 illik əşyalar elan edildi (Henshilwood və dig, 2002), lakin, bəzi yeni tapıntılar bunlara bənzəyirdi və təxminən 100.000 illik olduğu irəli sürüldü. Bu tapıntılar ən azı 23.000 il davam edən sənət ənənəsini ifadə edir. Bundan əlavə, ən erkən muncuq işləri Blombos'ta tapıldı: qırx bir dəlikli balıqqulağı aşınma nümunələri, bunların dəmir və ya paltar ilə təmasda olduğunu göstərirdi. Bu balıqqulaqları təxminən 75 min il əvvələ aiddir. (Henshilwood və dig., 2004). Alan Barnard, Sosial antropologiya və insanın mənşəyi.
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.