Gönderi

367 syf.
·
Not rated
·
Read in 3 days
Oxuduğum ilk kriminal əsər...
Əsəri oxuyarkən çox təəccübləndim. Ona görə ki, dövlətin çatışmazlığını bu qədər açıq şəkildə göstərən və açıq şəkildə ifşa edilən bir əsər necə olub ki, çap olunmağa icazə alıb. Əsərin proloqu insana demək olar ki, hər şeyi çatdırır. Jurnalist olan Yunis Muradov toydan öz fahişəsi ilə qayıdır. Hardasa Xocalı hadisələrinin 17 ilinin tamam olmasına sayılı günlər qalıb ve televiziyada bu haqda bəzi məlumatlar verilərkən qadın çox pis olduğunu deyir ve ondan konsert verilən kanala çevirməsini istəyir. Burdakı alt məna çox acınacaqlıdır. İkincisi, Yunis Muradov evli idi və onun toyda olduğunu bilən həyat yoldaşı ona zəng vurub halını soruşur, ona xəyanət edən Yunis hər şeyin qaydasında olduğunu deyir. İkinci bir alt məna ortaya çıxır. Bunu da ailə kiçik bir dövlətdir düşüncəsindən çıxış edərək fikirləşə bilərsiz. Üçüncü məsələ isə yazıçının əsərin proloq hissəsini bu şəkildə verməsi heç də təsadüfi deyil. Məhz ailəsini aldadıb başqa qadınla birlikdə olan Yunis'ə Ermənistanda əsirlikdə olan bir qadının zəng vurub Bakıda ermənilərin yaratdığı gizli təşkilat haqqında xəbər verməsinin mənası da bu ola bilər ki, yalnız Xocalı ildönümülərində yada düşən Xocalı sakinləri Vətənin ən böyük yarası olduğuna görə heç kim kef içində yaşamamalıdır. Ermənistandan Azərbaycana gizli təşkilata xidmət etmək üçün göndərilən həmin adam zəng vuran vətənpərvər qadının öz oğlu idi. Səid Namazov... O Səid ki, o qədər əzab çəkmişdi əsirlikdə olarkən artıq manqurtlaşmışdı. Anasına əzab verməsinlər deyə ermənilərlə razılığa gəlmişdi. Səid qovula-qovula namərd edilmişdi. Xocalı əsirlərinə verilən əzablar o qədər açıq şəkildə göstərilib ki, insan bir anlıq Səid kimi bütün insanlardan nifrət etmək istəyirdi, hətta öz millətindən belə. Səid ona görə özünə gələ bilmirdi ki, Azərbaycanda atəşkəs elan olunanda və Xocalı soyqırımı dünyanın əksər qabaqda gedən ölkələrində tanınandan sonra niyə əsirlikdə olanlar heç kimin yadına düşmədi. Ona görə də o Bakıda gəlib qırğın törətməyə razı olmuşdu. Düşündüyü bir şey var idi - Ana. Əslində Səidə haqq qazandırmaq da düzgün deyil. Onun anasına da zülmlər verilməsinə baxmayaraq oğlunun belə iş tutacağını bilib ona yalvardı ki, dövlətinə xəyanət etmesin... Yalnız bir şey var. Heç kim Səidi yaxşı ve ya pis cəhətdən yargılaya bilməz. Həmin vəziyyətdə olmadığımız müddətcə o anda nə edəcəyimizi düşünə bilmərik. Səid zəif xarakterli biri idi. Anası qadın olmasına baxmayaraq daha mərd idi. 17 il keçməsinə baxmayaraq vətəninə satqınlıq etmək fikri yox idi. Amma yazıçı burda bir az süniliye yol verib. Çünki bəzən təbiilik başqa şeylər göstərir bizə...Erməni cəlladlarının əməlləri o qədər açıq göstərilib ki, bəzən insan olduğundan utanırsan.. Əsərdə yaradılmış sevgi lövhələri de romana rəng qatır. Yazıçı əsər boyu insanı düşündürür. Təsvir formaları uğurlu alınmışdır. Amma yazıçı bəzən Ələmdar obrazı ilə bağlı şişirtmə də edib. Oxucunun gözündə super qəhrəman'laşdırıb. Deyəcək çox sözüm var, ama yazdıqca bitməz... Oxunub düşünməyə dəyər....
Cəhənnəmdən Gələn Səs
Cəhənnəmdən Gələn SəsElxan Elatlı · Elgün · 2009926 okunma
··
1,640 views
VüsaIe Quluzadeh okurunun profil resmi
Elxan Elatlinin butun eserleri cox maraqlidir.Insani sehifeden sehifeye surukluyur.teessufki Azerbaycanda qiymeti bilinmir
Ayşə Əmrahova okurunun profil resmi
Çox təsirli kitabdır,oxumuşam,kitabı sonradan uzun zaman unutmaq olmur
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.