Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
·
Puan vermedi
"Bütün sevgi əhvalatları bir-birinə oxşayır..." Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək üçün yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər gəlmir,lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır.Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır.(həm də tam 20 il sonra...)Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madirdə yollanır.Və onun mühazirəsini dinləyir. "Onun səsi heç dəyişməmişdi,lakin tamam fərqli sözlər deyirdi".... . Kitabda altından xətt çəkdiyim çox anlamlı,düşündürücü cümlələr oldu.Dinlə bağlı müzakirələrin çox olduğu hissələr bir az sıxıcı olsa da,ümumilikdə maraqlı və düşündürücü əsərdir.Oxumağınızı tövsiyə edirəm.
Rio-Pyedranın Sahilində Oturdum və Ağladım
Rio-Pyedranın Sahilində Oturdum və AğladımPaulo Coelho · Qanun Nəşriyyatı · 20168,8bin okunma
·
15 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.