Gönderi

224 syf.
·
Not rated
Şəmil Sadiq - Odərlər
Əsər, Nalyığanın xüsusi bir nalı tapmaq üçün uzaq dağ kəndinə, daha sonra isə eyni məqsədlə Lahıcdaki nalbənd Ata kişinin yanına göndərilməsiylə başlayır. Nalyığan Lahıcda heç gözləmədiyi şəraitə düşür və bu, onda çaşqınlıq yaradır. Hadisələrin sonraki irəliləyişi daha maraqlıdır. Hadisələr, 5 Odər - Arslan, Altay, Məhəmməd, Elçin, Ayxanın Şuşa qalasına Azərbaycan bayrağını sancmaq, Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq üçün yola çıxmasıyala davam edir. Bu müqəddəs və şərəfli vəzifəni yerinə yetirərkən qəhrəmanlarımızın başına gələn hadisələr, üzləşdikləri çətinliklər, mübarizə apardıqları düşmən, qazandıqları, itirdikləri olduqca təsirlidir. Yolçuların bəzilər bunu bilməsə də, bu yürüyüşün əsas məqsədi bayraq sancamaq deyil. Xüsusi və gizli bir məqsədi var, əslində. Bu şəkildə başlayan hadisələr, bu yolda qurban gedən Odərlər və onların yaşadıqları, şübhələri, mübarizələri, narahatlıqları... Odərlər Şuşaya gedib çıxa bilirlərmi, Azərbaycan bayrağını Şuşada dalğalandıra bilirlərmi və gizli kitabı tapıb vətənə qayıda bilirlərmi? Bu sualların cavabı kimdə maraq doğurdusa, kitabı oxuyaraq suallarına cavab tapa bilər!.. Əsəri oxuduqca, Qarabağı, Cənubi Azərbaycanı geri qaytarmış olma arzusu alovlanır insanın ürəyində. Bunun bir gün gerçələşəcəyinə inanmaq istəyir. Burdan baxanda (oxuyanda) utopiya kimi, ya da gülməli arzu kimi səslənsə də, müəllif ideyalarını çox da mübaliğəyə varmadan verib. Milliyyətçilik, türkçülük duyğuları xüsusilə güclüdür əsərdə. Əsərin ən sevdiyim tərəfi bu oldu. Müəllifin xəyal gücünün məhsulu olan hissələr də var. Ancaq oxuduqca gücümüzə inam yarandı, bayrağımızın o torpaqlarda qürurla dalğalandığı günü görə bilməyi arzuladım... Doğrusu, pozitiv təsir elədi və əsərin məndə yaratdığı abu - havanın xülyasından çıxa bilmirəm hələ də. Nə deyim, bu istəklərin bir gün gerçək olmasını diləyirəm...
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
·
46 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.