Gönderi

Mifologiyalarda Göyqurşağı
●Mifologiyaya görə yunan tanrılarının kraliçası olan Hera Yer üzü ilə xəbərləşmək istədiyində "rəngli paltar"ını geyinərək gedən xəbərçisi İris'i göndərirdi. Qədim Afinadakı insanlar İris'in vəzifəsini həyata keçirdiyini göyqurşağı görünəndə anlayırdılar. ●Bir çox mədəniyyət göyqurşağını cənnətlə dünya arasındakı körpü olaraq görür. ●Təbiətdəki ən gözəl mənzərələrdən biri olan göyqurşağı Qərb mədəniyyətində ümid və şans simvolu olmuşdur. ●İran müsəlmanlarına görə göyqurşağındakı rənglərin bir önəmi vardır. Yaşıl bolluq, qırmızı savaş və sarı isə ölüm anlamına gəlir. ●Sibirdə "Günəşin dili" olaraq düşünülür. ●Cənubi Amerika yerliləri isə göyqurşağının dənizin üzərindən görülməsinin bir şans olduğuna inanırlar. ●Digər adları: alkım, ebekuşağı, ebemkuşağı, eleğimsağma, hacılarqurşağı, məryəmanaqurşağı, alaimisemadır. Yeygör, Süleyke kimi adlarla da bilinir. ●Moğollar Solongo deyirdilər. Buryatlar isə Holongo olaraq adlandırırlar. ●Türk mədəniyyətində Alkım və ya “Alaqurşaq” da deyilir. Umay Ana Yer üzünə enmək üçün göyqurşağından istifadə edir. ●Bəzən göyə asılmış bir yay olaraq düşünülür. ●Bəzən bir yol olaraq təsvir edilir. ●"Al inancı"na əsasən isə yerlə göyü bir-birinə bağlayan sehirli bir körpüdür. Pura adlı qoçlar və ya atlar (ruhlar) alkımın (göyqurşağı) üzərində görülür. ●Qazaxlarda isə başqa bir mifoloji varlıqla əlaqəlidir və Kempirkoşak (Kempirkuşağı), Enekemkoşak/Cenekemkoşak deyilir. Anadoluda uşaq oyuncaqları olan göyqurşağı kimi rəngli kiçik toplara (misket) Eneke deyilir. Teleut türklərində isə "Eneke" sözü "qoruyucu ruh" deməkdir. "Koşak" sözünün "qoç, kukla, əkiz" kimi mənaları var. ●Bütün dünya mifologiyalarında maraqlı ünsür olan göyqurşağı bir çox xarici təsirlə qarşılaşsa da, bir qurşaq olduğu və yer üzünü bürüdüyü fikri əslində eyni olaraq qalır. Şamanizmdə şamanın göyə qalxdığı bir körpü kimi qəbul edilir. ~Dünyanın bütün mifologiyalarında göyqurşağına müxtəlif mənalar verilir və çox vaxt onun adları məhz bu mənalarla səsləşir. Göyqurşağı həmişə bütün bəşəriyyətin diqqətini özünə çəkib, çünki fizika qanunlarına görə ona çatmaq heç vaxt mümkün olmur, buna görə də sadəcə bir çarə qalır, xəyal gücünü məcbur etmək. ~Göyqurşağının Anadoluda geniş yayılmış digər adı olan "Alkım" sözü "Alkımak" (xoş görünmək, xoşuna gəlmək, xeyir-dua vermək) feili ilə əlaqəlidir, "bəyənilmə, xoşa getmə" anlamını ifadə edir. Və Anadoluda göyqurşağının çıxması mələklərin, Məhəmməd peyğəmbərin, pərilərin, şeytanların görünməsi ilə, tülkülərin, qurdların, xoruzların və ya qurdla ayının toyu, hurilərin xalça toxuması, qadınların qız uşağı dünyaya gətirəcəyi, qışın uzun olacağı, savaşın bitəcəyi, quzuların çox olacağı, əkinlərin bərəkətli olacağı kimi batil inanclarla əsaslandırılır. *Əhdi-Ətiqə görə, Allah dünyanı bir daha məhv etməyəcəyinə işarə olaraq, insanlara göyqurşağını göndərdi (Yaradılış, 9). Kabbalahın sözlərinə görə, Musa Sina dağına qalxdıqda və Tanrıdan on əmr alarkən bir göyqurşağı ilə qorunurdu (Zohar 2:99a). *Yəhudi-xristian inancında göyqurşağı... Nuh canlıları xilas edərkən, Böyük Tufandan sonra Tanrı bir göyqurşağı yollamışdı. Bu da artıq sel, tufanın olmayacağı qarantisi anlamına gəlirdi. *Şimali Avropa mifologiyasında göyqurşağı... İnsanların diyarı ilə tanrıların diyarını bir-birinə bağlayan Biföst körpüsü bir göyqurşağıdır. *Budda cənnətdən göyqurşağı nərdivanı ilə enmişdir. *Qədim İrlandiya inancına görə, göyqurşağının sonunda tapılmasını gözləyən qızıl bir küpü var. Göyqurşağının yeddi rəngi insan şüurunun mərhələlərini simvolizə edir və metamorfozun, yəni bir formadan digərinə keçmənin simvoludur. Göyqurşağı bizi mənliyimizə aparan körpüdür və qızıl küp mənliyimiz, yəni itirilmiş xəzinədir və biz onu tapmalıyıq.🔥
·
20 görüntüleme
Xalid Həmidov okurunun profil resmi
Çox gözəl yazı olub, əllərinizə sağlıq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.