Sən necə gözəl kitabsan ilk dəfə 9 ya da 10-cu sinifdə oxuyanda oxumuşdum bu kitabı. Amma onda tam başa düşə bilməmişdim, indiki kimi təsir etməmişdi mənə. Ona görə deyirlər bəzi kitablar gözləməyi sevir. Uşaq ədədbiyyatı hesab olunsa da məncə daha çox böyüklər üçün yazılıb. Böyüklər nə qədər hər şeyi qəliz hala gətirir, çətinləşdirir. Dünyaya bir az da uşaqların gözləri ilə, saf hissləri ilə baxaq