Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nüsrət Kəsəmənli - DÜNYA KÖHNƏ DÜNYADI
youtu.be/3YtuwkDKSFM Dünya köhnə dünyadı, Sevgiləri təzədi. Görüşə gedəni var, Görüşdən gələni var. Kövrəlib ağlayanı, Ürəkdən güləni var. Son bahar yarpaqları Saralmış xatirədir. Dünyaya sevgi gəlir, Dünyadan sevgi gedir. Dağlarda qar əridi, Qışın üzü yazadı. Dünya köhnə dünyadı, Gülüşləri təzədi. Çəmənlərə şeh düşür, Sırğa taxır çiçəklər. Çiçəkləri gül əllər Çəməndən dərəcəklər. Hər ürək çiçək kimi Məhəbbətlə açılır. Ömrümüzə bir eşqin Son ünvanı yazılır. Hər çiyəyin ünvanı Bir gülüzlü qızadı. Dünya köhnə dünyadı, Çiçəkləri təzədi. Göylər baxıb güllərə Hər səhər güzgülənir. Hər axşam ulduzlardan Yeni sevgi ələnir. Ulduzların bizimlə Sirli bir söhbəti var. Sevənlərin köksündə Dəniz məhəbbəti var. Yenə də ömrümüzü Gül-çiçəklər bəzədi. Xatirələr dil açdı, Sevgi nəğməsini dedi. Dünya köhnə dünyadı, Sevgiləri təzədi...
··
14 görüntüleme
Sarp Karan okurunun profil resmi
Böylece günlerim aylarım keçir, Böylece illerim keçecek yegin. Hasret kılınç çekib ömrümü biçir, Yahşı ki haberin olmayır senin. Ramiz Rovshan
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.