Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

232 syf.
7/10 puan verdi
·
4 günde okudu
Con Boynun "Dağın zirvəsindəki oğlan" romanı oxucunun qarşına sanki "Zolaqlı pijamalı oğlan" romanının davamı kimi çıxır. Burada da nasizmə uşaqlıq prizmasından yenidən baxılır. Romanın qəhrəmanı kiçik yaşlı Pyero Parisdə yaşayır. Anası fransız, atası isə almandır. Atası Birinci Dünya müharibəsində iştirak edib, sağ qalsa da, ömürlük psixoloji travmalarla yaşamalı olub. Ailədə hər şey qaydasında olmasa da, Pyero xoşbəxtdir. Valideynləri onu çox sevir, Anşel adlı lal-kar bir dostu və Dartanyan adlı iti var. Romanda nəql olunan hadisələr 1930-cu illərdə baş verir. Çox keçmir ki, Pyero yetim qalır, əvvəlcə sığınacağa, oradan da Avstriyaya, bibisinin yanına yola düşür, dağın zirvəsindəki ehtişamlı evdə yaşayır. Bu evdə hər şey başqa cürdür, hətta Pyeronun adı da dəyişib olur Peter. Yeni dostları Blondi adlı bir it və bığlı Fürerdir. Peterin yetkin bığlı dostu ona qarşı mehriban, ağıllı davransa da, yeniyetmənin transformasiyasında mühüm rol oynayır. Boyn qurduğu ssenari üzrə səhnələri bir-birinə elə hörüb ki, oxucu baş qəhrəmanın hadisələrin gedişatına görə mənəvi dəyişməsi ilə yanaşı, həm də əsər boyu avropalıların sosial aqressiyasının artması və yeni konfliktin yaxınlaşmasını da müşahidə edir. Məhz bir uşağın gözündən oxucu İkinci Dünya müharibəsi ərəfəsindəki Almaniyanın acınacaqlı vəziyyətini, faşizmin zəhərli ideologiyasını və III Reyxin reyxs-kansleri və prezidenti (fürer)i görür, dolayısı ilə Con Boyn yenə eyni xətti fərqli süjetlə bu əsərində də təkrarlayır, böyük bir tarixi hadisəni kiçik fərdi faciə ilə birləşdirərək təqdim edir. Yazının devamı: ceylanmumoglu.com/article/con-boy...
Zirvenin Dibindeki Çocuk
Zirvenin Dibindeki ÇocukJohn Boyne · Tudem Yayınları · 2020954 okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.