Gönderi

250 syf.
9/10 puan verdi
·
Beğendi
"Aşiq olur, təqib edir, öldürür!" Nəhayət ki, Wulf Dornun 3cü kitabı və hələlik doğma dilimizdə nəşr olunmuş sonuncu kitabı olan "Oyunbaz (Dunkler Wahn)" psixoloji romanını böyük həyəcanla oxuyub bitirdim. Müəllifdən oxuduğum 3 kitab arasında hətta ən maraqlısı və həyəcanı yüksək dozada hiss elədiyim roman bu oldu. İlk başlarda sakit irəliləyən hadisələr cansıxıcı olmağa başlamışdı, öncəki kitablarından zəif olacağını düşünmüşdüm. Amma 150 səhifədən sonra diqqətimi ayıra bilmədim və 300dən sonra artıq həyəcandan qanım donmağa başlamışdı. Kitabı bir an belə olsun əlimdən qoya bilmirdim, hədisələrin sirli sonunu görmək üçün səbrim tükənirdi. Surpriz sonluq deyə bir şey var, amma bu kitabın hər səhifəsində qandonduran bir sürpriz var idi, kitab son anına qədər məni aldatmağı bacardı.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,588 okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.