Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
9/10 puan verdi
fəlsəfə sevərlər üçün bu kitabı əldə etməkləri bir növ fəlsəfə müjdəsidir. Fikrimcə, bu kitabı daha da oxunaqlı edən nüans, fəlsəfəni nağıl kimi anlatılması idi. Məhz bu yolla fəlsəfə tarixi, gəlmiş keçmiş filosoflar, alimlər, onların həyatları, məqsədləri 500 səhifəlik kitaba rahat izah olunan dildə sığmışdır. Kitabı oxunaqlı edən ən əsas səbəb, fəlsəfənin nağılvari anlatılmasında idi ki, həm azyaşlıların anlamasına, həm də yaşlıların maraqla oxumasına şərait yaradırdı; bu səbəbdən kitab dünyada ən çox satılan kitablardan biridir. Kitabın süjet xətdi isə bir başqa aləm idi. Romanın Əvvəllərində Sofinin hətda şizofren olduğunu təxmin etmişdim, lakin sonralar Hilde obrazı ortaya çıxdığı andan təxminimdə yanıldığımı anladım, hadisələr daha sirli və bir o qədər də maraqlı olmağa başladı. Maraqla səhifələrə necə dalmışdımsa bir də ayıldım ki, fəlsəfə tarixində, filosoflarla yanaşı günümüzə doğru üzməkdəyəm (o qədər axıcı idi yəni). Hətda kitabın ortalarından sonra hadislər daha da fantastikləşməyə başlamışdı və bütün bu olanlardan sonra əlbətdə səbrsizliklə sonluğa çatmağa can atırdım. Və kitabı bitirəndə isə əlbətdə bitdiyinə heyfsləndim, amma yazara halal olsun ki, sonluğu çox gözəl və lazım olduğu kimi bağladı. Bir çox mövzularda insanı düşündürən, həyata dair beynində suallar yaradan yazıçı kitab qəhrəmanlarının ölümsüzlüyünə toxunması mənimimçün ən həssas məqamlardan biri idi. Bilirəm absurd və gülünc səslənir amma bu vaxta qədər öz yazıb yaratdığım obrazlar haqqında düşünməmək əlimdə deyildi... sadəcə onu deyə bilərəm ki, yazarın təxəyyülünə heyran oldum.
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,6bin okunma
·
37 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.