Marc Levy'dən oxuduğum ilk kitab idi. Yazıçının kitabları haqqında çox eşitmişdim, yazarın toxunduğu mövzular həmişə kənardan diqqətimi çəkmişdi. Eləcə də bu kitabı. İlk maraqlandığımda Mövzusu çox fantastik görünürdü və məni dərhal özünə cəlb eləmişdi. Amma onu deyim ki, roman gözləntilərimi qarşılamadı. İlk əvvəllərində hadisələr axıcı və cəlbedici idi amma sonradan roman sanki bir az öz əsas mövzu cığırından yayınaraq məni yormağa başladı. Hadisələr siyasi yön almağa başladı və məni maraqlandıran əsas mövzu - baş qəhrəmanın zamanda geriyə qayıtmasının məndə yaratmış suallarının və marağının təsiri yox oldu. Sanki belə bir fantastik hadisə zaman keçdikcə qəhrəman üçün öz sehrini, həyəcanını itirir və onun kimi oxucunu (məni)da az düşündürməyə başlayır. Oxuduqca Məntiqi səhflər də bir qədər məni həvəsdən salırdı. Məsələn, kəpənək effəkti deyilən bir nəzəriyyə var: xırda bir hadisə gələcəkdə böyük dəyişikliklər yarada bilər.Əvvəlki həyatında ölmüş və gözünü açdığında iki ay keçmişə qayıdan Qəhrəmanımız Andrew ikinci həyatında bəzi hadisələri çıxmaq şərtiylə bəzilərini öncəki kimi yaşamır.Əgər ikinci həyatda bir nöqtədə fərqli hadisə baş verirsə, böyük ehtimalla o hadisə gələcəkdə tamam fərqli hadisələrlə nəticələnə bilər və beləliklə qəhrəman bəlkə də öldürülməyə bilər, ya da onun ölümü tamam başqa bir tarixdə reallaşa bilər. Nə əcəb qəhrəmanımızın, onun dostunun və dedektiv tanışının ağlına bu gəlmədi? .
Romandakı son hadisələr mənimçün əvvəli kimi bir qədər maraqlı olmağı bacardı, amma tam o sonluq məni qətiyyən qane etmədi.Yazıçı sonda hadisələrin ucunu açıq buraxmaqla gözümdə güclə yuxarı qalxmağa başlayan romanı yenə də yerə çırpdı. Bir sözlə, ola bilərki uzun müddət Marc'ın kitablarına müraciyət eləmədim