Gönderi

Ustad Şəhriyar ( Getmə Tərsa balası)
getmə tərsa balası mən də sənə sayə gəlim damənindən yapışım mən də kəlisaya gəlim ya sən islamı qəbul eylə mənim dinimə gəl ya da təlim elə mən məzhəbi - isaya gəlim izn ver toy gecəsi məndə sənə dayə gəlim əl qatanda sənə məşşatə təmaşayə gəlim sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol izn ver, məndə dalınca sürünüb sayə gəlim mənədə baxdın o şəhla gözlə, mən qaragün cürətim olmadı bir kəlmə təmənnayə gəlim mən cəhənəmdədə baş yastığa qoysam sənlə heç ayılmam ki durub cənnəti-məvayə gəlim nənə qarnında sənlə əkiz olsaydım mən istəməzdim doğulub birdə bu dünyayə gəlim sən yatıb cənnəti röyadə görəndə gecələr məndə cənnətdə quş ollam, ki o röyayə gəlim qıtlıq illər yağşı tək, quruyub göz yaşımız kuye-eşqində gərək birdə müsəllayə gəlim səndə səhrayə marallar kimi bir çıx,nə olur ki mən də bir seyrə çıxanlar kimi, səhrayə gəlim getmə tərsa balası mən də sənə sayə gəlim Allahından sən əgər qorxmayıb, olsan tərsa qorxaram məndə dönüb dini məsihayə gəlim şeyx sənan kimi donquz otarıb illərcə səni bir görmək üçün məbəde tərsayə gəlim yox sənəm! anlamadım, anlamadım, haşa mən buraxım məscidimi, sənlə kelisayə gəlim! gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur mən də musa kimi, o turə təcəllayə gəlim şirdir şəhriyarın şeri, əlində şəmşir kim deyir mən belə sir ilə dəvayə gəlim
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.