Gönderi

Spoiler vermiş ola bilərəm!)
"Hacksaw ridge" - insanı "mən nə izləyirəm!" deyə dəhşətə gətirən, müharibəyə bir daha dönə - dönə nifrət etdirən, eyni zamanda, qəhrəman olmaq üçün öldürməyin deyil, ürəkdən inanmağın ən vacib şərtlərdən olduğunu, silahsız da, öldürmədən, ölmədən də qəhrəman olmağın mümkün olduğunu öyrədən, yaşanmış real hadisələri və qəhrəmanların həyatını mövzu alan hər kəsin izləməyini məsləhət görəcəyim möhtəşəm filmlərdən biri! Film, 1919 və 2006.cı illər arasında yaşayan Desmond Doss (7 fevral 1919 - 23 mart 2006) adlı amerikalı gəncin həyatından, II Dünya müharibəsinə qatılmasından, lakin odlu silah təlimindən və istifadəsindən imtina etməsindən bəhs edir. Desmond inanclı insandır. İnancına görə insan öldürmək ən böyük günahdır! Ona görə də o silah istifadəsindən imtina edir... Bəs, Desmond müharibəyə niyə yollanıb?! Silahsız, öldürmədən müharibəmi olar?! Bu necə təzaddır?! O, hər zaman həkim olmağı arzulayıb. Lakin bu arzusuna çatmayıb. Desmondun atası I Dünya müharibəsində iştirak eləyib. Aldığı psixoloji və fiziki travmalardan sonra içki düşkünü əsəbi bir insana çevrilib! Ona görə də oğlanlarının müharibəyə getməsini istəmir! Lakin vətən darda ikən heç bir şey etməmək Desmonda ağır gəlir. Müharibəyə sanitar kimi getmək üçün müraciət edir. Lakin odlu silah təlimlərindən imtina etdiyi üçün əvvəlcə, psixoloji problemi olan insan kimi, sonra qorxaq kimi dəyərləndirilir, komandirlərinə qarşı gəldiyi üçün tribunala verilir! Bütün bu dəhşətlərin içərisində ona güc verən ruhdan düşməyə qoymayan ən əsas səbəb, sevdiyi qadın və sarsılmaz inancıdır! Desmond müharibənin ən dəhşətli, qızğın anlarında öz həyatını təhlükəyə atır, silahsız odun - alovun içərisinə atılaraq 75 nəfərin həyatını qurtarır! Ona tənə edənlərə, inancına gülənlərə, ağlına, cəsarətinə şübhə edənlərə ən layiqli cavabı vermiş olur. Desmond qarşısına çıxan bütün çətin sınaqlardan sarsılmaz inancının və sevdiklərinin sayəsində üzüağ çıxa bilir. Rejissor Mel Gibsonun həyat verdiyi filmin prodüsserləri arasında Terry Benedict, Paul Currie, Bruce Davey, William D. Johnson, Bill Mechanic, Brian Oliver, David Permut kimi önəmli simalar yer alıb. Ssenarisini isə, Desmond Doss haqqında daha əvvəl çəkilmiş sənədli film əsasında Andrew Knight, Robert Schenkkan yazıblar. Rollarda Andrew Garfield, Sam Worthington, Luke Bracey, Teresa Palmer, Hugo Weaving, Rachel Griffiths, Vince Vaughn kimi aktyorlar çəkilmişdir. Filmin əsas çəkimlərinə 29 sentyabr 2015.ci ildə başlanılıb. 59 gün boyunca tamamilə Avstraliyada çəkilib, dekabr ayında isə tamamlanıb. Filmin çəkilişlərinə 40 milyon dollarlıq büdcə ilə başlansa da, yenə də maddi və texniki baxımdan bir çox çətinliklərlə qarşılaşılıb. Çəkimlər böyük çoxluqla Yeni Cənubi Uelsdə və Sidney ətrafında baş tutub. Bringellydeki çəkimlər üçün 500 ha ərazi tamilə təmizlənib, 80 ağac kəsilib. Bu bir çox təbiətsevərlərin qəzəbinə səbəb olub. Lakin filmin prodüsserləri çəkilişlər bitdikdən sonra həmin ərazinin bir qismində yenidən ağaclandırma və yaşıllaşdırma işləri aparmaq qarşılığında çəkilişlər üçün uyğun şəraitin yaradılması üçün icazəni ala bilmişdilər. Filmdə üç hərbi cip, iki hərbi kamaz ve bir tank istifadə olunub. Bulozerlər və qazıcılar isə Sidney yaxınlığında bir fermanın otlağında Okinawa hərbi düşərgəsinin bənzərini yarada bilmək üçün istifadə edilib. Mel Gibson kompüter effektlərinə çox da güvənə bilmədiyi üçün effektlər sadəcə qanlı döyüş səhnələrində istifadə olub. Döyüş səhnələri çəkilərkən M. Gibson aktyorları motivə etmək və savaş ruhuna kökləmək üçün tez - tez qışqıraraq, nə üçün döyüşdüklərini xatırladırdı. Film, Ən yaxşı montaj işi və səs effektləri üzrə Oskar və BAFTA mükafatlarına və bir çox başqa mükafatlata layiq görülüb..
·
49 görüntüleme
Mahmut Hamza Bor okurunun profil resmi
Son zamanlarda izlediğim en iyi "savaş ~ dram" dalındaki filmlerden biri olarak değerlendirebilirim. Fakat bu filmi diğer savaş filmlerinden ayıran bir şey var, başroldeki karakterimiz gerek dini gerekse insani yapısı gereği şiddete ve öldürmeye olan, karşı tutumu filmi diğerlerinden farklı kılıyor. Güzel bir aşk hikâyesi sunması, doyurucu bir görsel aksiyon barındırması ve akıcı kurgusu ile filmin sonunun nasıl geldiği anlaşılmıyor. Detaylı incelemeniz için teşekkürler. Sayenizde hafızamı tazeledim ve sahneler gözümde yeniden canlandı. " Savaş Vadisi " filmini genel olarak herkese tavsiye ederim. Tek hoşuma gitmeyen taraf, Amerika ve benzer küresel güçteki ülkelerin Ortadoğu ve dünyanın pek çok yerinde hak iddia edememelerine rağmen bir takım bahanelerle ülkelere ayak basması o coğrafya insanlarını yıpratması ve bunda bazen uç noktalara ulaştığında, birtakım insani yardım hareketleri ve bu tarz filmler ile kendilerini kahraman addettirme ve iyi bir imaj verme çabaları.
Şəhla Rşd okurunun profil resmi
Mən təşəkkür edirəm. Təbii ki, bu işin siyasi tərəfi, siyasət ən az maraqlandığım sahə olduğundan o baxımdan dəyərləndirmədim filmi. Əslində, qəhrəman real şəxsiyyət olmasaydı və real tarixi hadisələr əsasında çəkilməsəydi, film mənə bayağı və şişirtmə təsiri bağışlayacaqdı. Reallıq, tarixilik xüsusiyyəti filmə marağımı çəkdi. Amerika artıq qurtarıcı sülh tərəfdarı nağıllarına sadəcə özünü inandır bilər.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.