Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

136 syf.
·
Puan vermedi
Ruhuna qida mənbəyi olaraq qorxu duyğusunu seçən yazar, həzzin yaşatdığı "Cəhənnəmlik ürək" kitabı ilə insani dəyərlərin fərqli duyğulara yer verməsini mövzu etmişdir. İnsani duyğular demişkən, bir anlıq düşünün, yaşadığınız aləmdə sizi artıq heçnə qane etmir və ruhunuz sizi daim fərqlilik axtarışlarına sövq etdirir. Frank da məhs belə insanlardan biri idi. Müxtəlif ölkələrə səyahətlərindən bəri Cenobite'lar haqqında əfsanəvi şəkildə bilgilərə rastlasa da, axtarışının bir nəticə vermədiyi anında Kircher ilə qarşılaşar. Cenobite'ların dünyasına açılan qapı, Kircher yardımı ilə Lemarchand'ın qutusundan keçər. Qutunun açılımı özəl tapmaca ilədir. Frank qutuyu açaraq, nəhayət cənnətin bəxş etdiyi xoşbəxtliyə çatdığını düşünərkən, Cenobite'ların yaşadacağı həzzlər, təsəvvür edə bilməyəcəyi cəhənnəminə çevrilər. Frank dəlicəsinə istəklərini dilə gətirərkən, Cenobite'ların yaşadacağı həzzin, insani duyğulardan uzaq qalacağını nəzərə almamışdı... O zamandan Frank görünməz hala çevrilərək pusuya yatar və bir gün Julie'nin gəlişi ilə onun günahına bədəl olacağı gün, qana susamışcasına yardım tələb edər. Julie həyat yoldaşı Rory'nin varlığını önəmsəmədən, yardıma şərik olar. VƏ Cəhənnəm başlar...
Cehennemlik Yürek
Cehennemlik YürekClive Barker · İthaki Yayınları · 2019616 okunma
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.