Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

640 syf.
8/10 puan verdi
·
Beğendi
Məqsəd həqiqətən xoşbəxt etmək yönündə sərf olunan çaba idimi, yoxsa yalanlarla boyanmış gerçəkliklərmi? Həm Baş rolda, həm də sükan arxasında Charles Talent Manx (|||) kim idi? Xoşməramlı bədheybət? bəlkədə sadece bədheybət... Yeni il ərəfəsinə təsadüf edən hadisələrin baş verməsi, elə ilin hər ayı "yeni il" imiş kimi yaşanması da normal görünə bilməzdi. Çox güman kitabin üz qabığında 1937ci il Wraith model Rolls-Royce Şe7t4n nəzərinizdən yayınmayıb. *Bir Firebird'lə Fiero'yu ayırd eləmək də çətinlik çəkə bilərsiniz amma Rolls-Royce gördüyünüzdə onu tanıyarsınız. Avtomobili özəl qılan, onun balaca (uşaqlar) sərnişinləridir. Niyə məhs uşaqlar olduğunu açıqlamalı olsaq, Charles Manx'ın dili ilə deməliyik ; "Heç bir səbəbdən ötrü uşaqlar kədər duyğusunu yaşamamalıdır. Ona görə hər günü sevinc, gülüş, əyləncə və hədiyyələr dolu açmalıdır, eynən Yeni il bayramındakı kimi." Bu səbəbdən uşaqlar üçün Rolls-Royce'nin çatacağı ünvan Yeni il (Noelistan) evi idi. Manx'ın hekayəsi xülyalar şəhərciyinə doğru səyahətinin yarım qalması ilə başladı, ancaq yarım qalan səyahətin Victoria (Vic) McQueen ilə yenidən yol alması sizə təəccübləndiri gəlməyə bilər . Çünki Vic' in qeyri-adiliyi, uşaqikən beyin gücü sayəsində qeybdən peyda olan üstüqapalı körpüdən keçməsi ilə başladı. Körpü Vic'i lazımi məkana özü aparırdı və Balaca qızcığaz itmiş əşyaları tapmaqda körpü sayəsində təkmilləşdi. Və bir gün körpünün sonundakı yol Vic'i Manx'ın soyuq, bir o qədər də ürküdücü evinə apardı. Tarixi qarşılaşma elə həmin gün başladı. Manx ilə ortaq yönləri gerçəkliyə yansıtılan xəyali dünyanı var etmələri idi. Bəs bu iki obrazı bir birinə bağlayan, qarşılaşmalarına başlıca səbəb olan nə idi? 90cı ilin əvvəllərində saysız-hesabsız uşaqların birdən birə yoxa çıxmasıyla Manx'ın qanasusamışlığı, Vic ilə sarsıdıcı müharibənin başlanmasına yol açar. Doğruluq yoxsa cəsarət dedirdecek bu bilinmezliyin sonu ya Charles Manx'ın dünyasını bəzəyəcək, ya da Vic'in...
Şe7t4n
Şe7t4nJoe Hill · İthaki Yayınları · 2019144 okunma
·
537 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.