Gönderi

176 syf.
·
Not rated
Hayırdiyebilme sanatı
"Müthiş Psikoloji -Hayır diyebilme sanatı " "Bana hayır diyenlere şükran duyuyorum, ne başardımsa onlar sayesinde başardım.”(Einstein) Bəzən üç hərfdən ibarət olan bir kəlimə biz insanlar arasında münaqişə və mübahisələrə yol aça bilir.Və nəticədə bu mübahisələrdən bir tərəf özünü günahkar digəri isə incinmiş hiss edir.Hər şeyin səbəbi isə "YOX!"cavabıdır. Kitab bizə insanın sərhədləri olduğunu və onu qorumalı olduğunu başa salır.Sərhəd deyəndə əsasən bizə təmas edilməsini nəzərdə tuturuq,amma uzun müddət yorğun günlər keçirib bazar günü özünüzə istirahət ayırıb dincəlmək istədiyinizdə sizi kimsə harasa dəvət edəndə,uzun müddət özünüzə pul yığıb sizdən borc istəniləndə və s səbəblərdə sərhədlərinizi tapdamış olurlar. Niyə yox demək bu qədər çətindir? Çünki bu bizə uşaqlıqdan öyrədilib. "Ora əl vurmaq olmaz" "Bunu yeməlisən" "Sabah onu etməsən,səni sevməyəcəm" və s kimi cümlələr eşitmişik və hər zaman sevilək,sevgi görək deyə "YOX!"deməmişik.Nə qədər də "YOX!"deyə bilməyən insanların "iyilik meleği"olduğunu düşünsək də onlar belə "YOX!"deyə bilmədikləri üçün bir neçə problemlərə səbəb olurlar. Kitabda bu problemlərin həll yolu,yaxın dost arasında,müdirlə,ailə ilə,ailə və karyera arasında seçimlərdə necə hərəkət eləməli olduğumuzu,niyə "YOX!"deməli olduğumuzu,sərhədləri qorumağımızı öyrədilir. "Hayatınızdaki insanları memnun etmeye çalışırken, aracınızın ön camı fazlasıyla kirlenmiş, görüş mesafeniz iyice azalmış olabilir. Oysa hayır diyebilmek güçlü bir silecektir." Xoş mütaliələr!
Hayır Diyebilme Sanatı
Hayır Diyebilme SanatıMüthiş Psikoloji · Destek Yayınları · 202011.7k okunma
6 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.