Gönderi

152 syf.
3/10 puan verdi
·
Read in 6 hours
* Elə qadının başına da nə iş gəlir, yiyə- sizlikdən, sahibsizlikdən gəlir, «Mənim yiyəm, sahibim olsaydı, burada nə başım qalmışdı? Evimdə oturub uşaqlarımı saxlayardım». Əlbəttə qadının başına nə iş gəlirsə, elə yiyəsizlikdən gəlir, ağılsızdan gəlməz ki. (!) * Əslində, sadəcə həyatda bəxtim gətirmədi. Yiyəsiz oldum. Məncə qadının başına nə pis iş gəlirsə, hamısı yiyəsizlikdən baş verir. Düzdür, qadın güclü məxluqdur. Ancaq nə qədər güclü olsaq da biz qabırğadan yaradılmışıq, kiməsə qabırğa olmalıyıq. Qabırğa olmayanda, özbaşına olanda gərəksizləşirik, sahibsizləşirik... Sahibsizləşirik... nəsən ki sən? * Mən qadın cinayətkarlığının səbəbinin yarısının həmin qadınların dərin düşüncə, uzaqgörmə qabiliyyəti olmamalarında görürəmsə, yarısını da onlara sahiblik edə bilməyən kişilərdə görürəm. Sahiblik! Sahiblik! Axı sən nəsən ki sahibin olsun! * Zinyət düşünmədən qeyzləndi: - Kişi başa düşdük ki, kişidir. Bəs bu həyasızlar utan- mırlar, sabah çölə nə üzlə çıxacaqlar? Sən elə yaxşı ki düşünmürsən, əks təqdirdə bütün homo sapienslərə qarşı haqsızlıq etmiş olarsan. * Əri tərəfindən qumara qoyulduğu üçün və ya açıq xəyanətə görə ərini öldürən, dəfələrlə edilən xəbərdarlığa əhəmiyyət verməyərək, yad kişilərlə gəzdiyinə görə bacısını zəhərləyib və ya boğub öldürən, şərəfsizliyi qəbul edə bilməyənlər, nə yaxşı ki, az da olsa, hələ tapılırdı. “yad kişilərlə gəzdiyinə görə bacısını zəhərləyib” guya bu yaxşı şeydi? Guya bu məhbəs olmaq üçün kifayət qədər xoş səbəbdi? Dəhşət! Bunları sadəcə kitabdakı qəhrəmanların dilindən yazılmış olduğunu hesab edirdim, ta ki vərdiş etdiyim kimi proloqu və epiloqu sonda oxuyana qədər. Bu kitab qadınlara həsr olunsa da əslində onu kişilər üçün yazmışam. Kitabda hər iki əsərin – “Qadın düşərgəsi”nin və “Sel”in başlıca aparıcı xətti qadın tənhalığıdır. Demək istədiyim budur ki, mənim fikrimcə qadın tənha, kimsəsiz, özbaşına olmamalıdır. Qadının mütləq, həmdərdi olan kişi istəklisi, ona qədər də, azından arxa olan, qardaşı və atası olmalıdır. Onlar olmadıqda, yaxud da dəyərsiz və ya ləyaqətsiz olanda o, gec-tez bədbəxtliyə yuvarlanır. Bədbəxtliyin sonu isə bəzi hallarda faciəyə gətirib çıxarır. Elə buna görə də hər iki əsər faciə ilə bitir. Əlbəttə, hesab edirəm ki, qadınların belə ağır, çətin vəziyyətlərə düşməsi təkcə öz günahlarının deyil, eyni zamanda onlarla bir mühitdə yaşayan kişilərdəki çatışmaz- lıqların, qüsurların nəticəsidir. Sadəcə dəhşət!
Qadın Düşərgəsi
Qadın DüşərgəsiRövşən Yerfi · Kitab Klubu · 201012 okunma
·
42 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.