Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
10/10 puan verdi
·
3 günde okudu
Əhali siyahıyaalması
Əhalinin siyahıyaalması əhali tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmırdı. Bu Müqəddəs Kitabda çar Davidin uğursuz ideyasını xatırladır. Çar David sərkərdəsi İoava əmr vermişdi: “Bütün İsrail və İuda nəsillərini Danadan Virsaviyaya qədər gəz və say ki, xalqımın sayı mənə bəlli olsun”. Təbii ki, çarın sözü - qanundur. İoav qoşununu yığıb, yola düşüb işə başladılar. Doqquz ay və iyirmi gündən sonra onlar Yerusəlimə qayıtdılar. Lakin sərkərdə çara hazırladığı siyahını oxumağa başlayanda çarın ürəyi əsdi. Bəs çar xalqının sayını öyrənməyə bu qədər maraqlı ikən niyə sonradan peşman oldu? Çünki kimsə onun yerinə haqq-hesab aparanda, ən əsası da onun seçdiyi xalqı saymağa girişirsə, bu Tanrının heç xoşuna gəlmir. Amma necə deyərlər: “Sonrakı peşmançılıq fayda verməz. Çarın Tanrıya üz tutaraq gecikmiş peşmançılığını etiraf etməsi bir fayda vermədi: “Ağır günah işlətdim bu işi tutmaqla və indi Sənə yalvarıram, ulu Tanrım, öz qulunun günahını bağışla, çünki çox düşüncəsiz hərəkət etmişəm”. Səhər isə Davidin yanına Qad peyğəmbər - çarın gələcəkdən xəbər verən müdriki və onunla Tanrı arasındakı vasitəçisi gəldi və elan etdi: “Tanrı belə deyir, özün seç: 1. Ölkəndə yeddi il sərasər aclıqmı olsun; 2. Özün üç ay düşmənlərindən qaçasan və onlar da səni təbiq etsinlər; 3. Ölkəndə üç gün azar-bezar (ağır yoluxucu xəstəlik) olsun”. Siz hansını seçərdiniz? David o dəqiqə maraqlana bilərdi ki, seçim üçün təklif olunan bəlaların hər birində nə qədər insan həlak olacaq, amma bu o an ağlına gəlmədi və düşündü ki, üç gün taun belə gəlsə, üç ay müharibədən və yeddi il aclıqdan az adam qırılar Və dedi: “Qoy sənin iradənlə olsun, Tanrım, qoy azar-bezar gəlsin ölkəmə”. Tanrı da xəstəliyi göndərdi və yetmiş min adam qırıldı (qadınlarla uşaqları saymasaq). Amma Tanrının ölkəyə yazığı gələrək bu bəlanı dayandırmağa razı oldu. Amma vay o ölkənin halına, onlar birdəfəlik getdilər, ya İlahinin yadına düşmədilər, ya da ki, onları artıq diriltməyin də bir mənası yox idi.
İsanın İncili
İsanın İnciliJosé Saramago · Qanun Nəşriyyat · 20182,414 okunma
·
45 görüntüleme
Engin Korkmaz okurunun profil resmi
Eserin orijinal adından Türkçe’ye çevrilmiş adı, yanlış bir direkt çeviri. Azerice’ye daha doğru bir isimle çevrilmiş.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.