·193 syf.····Okunma: 23 Ağustos 2020 09:20 Dəyişiklik olsun deyə, xeyli vaxtdır ki, elmi-fantastik bir əsər oxumaq istəyirdim. İçimdə belə əsərlərə maraq o qədər artmışdı ki, tapdığım ilk elmi-fantastik əsəri heç bir araşdırma etmədən oxumağa başladım. Təxmin etdiyiniz kimi sözügedən əsər Robert Haynlaynın "Kainatın ögeyləri" əsəri idi.
Əsər qısa olduğuna görə, üfüq açan, dəhşət bir hekayəsi yoxdu. Lakin bu bu əsərə durğun bir hekayəyə sahib olduğunu demək, yəqin ki, haqsızlıq olardı. Əsərin süjet xətti qısa olsa da, hadisələr həddindən artıq sürətlə inkişaf edir və bu da əsərə dinamik abu-hava qatır.
Əsərdə hadisələr Gəmi adlandırılan məkanda cərəyan edir. Deməli, bu gəmi illər öncə ekspedisiyaya çıxmış və kosmosda məhsur qalmışdır. Yavaş-yavaş bu gəmidə insanların sayı artmış və kiçik bir cəmiyyət qurulmuşdur. Lakin insanlar heç bir pəncərəsi olmayan, sadəcə divarlardan ibarət aşağı yaruslarda yaşadığına görə, onlarda güclü bir etiqad yaranmışdır. Bu etiqada görə, dünya sadəcə gəmidən ibarətdir və bu divarlardan o tərəfdə heç bir şey yoxdur. Digər tərəfdə isə insanlarla konflikt yaşayan mutlar vardır. Mutlar isə yuxarı yaruslarda yaşayırlar. Buna görə də, onlar pəncərələr vasitəsilə kainatdan, ulduzlardan xəbərdardırlar və aralarında olan düşmənçiliyə görə də, mutlar əllərində olan informasiyaları insanlara ötürə bilmirlər. Lakin bir gün Hyu Hoyland adlı bir insan mutlara əsir düşür. Əsirlikdə olarkən də, o, kainat və ulduzlarla tanış olur və dünyanın sadəcə gəmidən ibarət olmadığının fərqinə varır. Əsirlikdən çıxandan sonra isə aşağı yaruslara qayıdaraq öz gördüklərini insanlar arasında danışmağa başlayır. İnsanlar isə Hyuya inanmır və onun dəli olduğu qənaətinə gəlirlər. Lakin Hyu öz "həqiqət"ini onlara çatdırmaq üçün əlindən gələn hər şeyi etməyə hazırdır.
Mənim gözləntim böyük idi deyə, kitabdan çox da həzz ala bilmədim. Gözləntini minimuma endirim oxusaydım, bəlkə başqa cür təsir bağışlaya bilərdi. Digər tərəfdən isə , sonu sanki tələsik yazılıb. Hadisələrin ən qızğın yerində əsər qurtarır. Əsər boyu oxumaq istədiyim, maraqla gözlədiyim yer gəlmişdi ki, yazıçı oranı "skip" edib əsəri bitirməsi isə əsəri yarımçıq buraxan amillərdən biri oldu. Lakin yaxşı fikirləri və özünəxass fəlsəfəsinə görə, oxumağa dəyər.